Hindistandan qorxulu görüntülər: Ata azyaşlı uşağını aslanın belinə minməyə məcbur etdi

Hindistandan qorxulu görüntülər: Ata azyaşlı uşağını aslanın belinə minməyə məcbur etdi






presstv

"Presstv"az #Hadisə, #Hindistan, #Sosial şəbəkələr

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Hindistandan olan ata balaca uşağını aslanla şəkil çəkdirməyə məcbur etdiyi üçün sosial şəbəkələrdə tənqid edilib.

presstvaz xəbər verir ki, bu barədə NDTV nəşri məlumat yayıb.

Hadisə Karnataka ştatındakı şəxsi zooparklardan birində baş verib. Yayımlanan videogörüntülərdə bir kişinin uşağı aslanın olduğu qəfəsə yaxınlaşdırdığı və şəkil çəkdirmək üçün onu yırtıcının belinə oturtmağa çalışdığı görünür. Uşağın açıq-aydın qorxmasına və ağlayaraq geri çəkilməsinə baxmayaraq, ata onun qorxusuna məhəl qoymadan israrla yenidən yerinə qaytarmağa çalışır.

Video qısa zamanda sosial şəbəkələrdə populyarlıq qazanıb. Şərhçilər arasında fikir ayrılığı yaranıb: bəziləri atanın bu davranışını qəbuledilməz və qəddar adlandırıb, digərləri isə bunun uşağa qorxularının öhdəsindən gəlməyi öyrətməyin bir yolu olduğunu bildirib.

Uşaq inkişafı üzrə ekspertlər də məsələni şərh edərək qeyd ediblər ki, potensial təhlükəli heyvanlarla təmasda olmağa məcbur edilmək uşaqda psixoloji travma yarada bilər. Onlar valideynləri övladlarının emosiyalarına hörmətlə yanaşmağa və onları panik qorxuya səbəb olan vəziyyətlərə salmamağa çağırıblar.

Zoopark nümayəndəsi bildirib ki, işçilər bu cür davranışları təqdir etmirlər və ziyarətçilərin, xüsusən də uşaqların təhlükəsizliyinin prioritet olmasının vacibliyini xatırladıblar.

Bu arada polis ataya qarşı oğluna qarşı sərt davranışla bağlı mümkün ittiham irəli sürülməsini nəzərdən keçirir.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv