Bərk istilər zamanı paltarları çöldə qurutmaq olmaz – SƏBƏB

Bərk istilər zamanı paltarları çöldə qurutmaq olmaz – SƏBƏB






presstv

"Presstv"az #Allergiya, #Günəş, #Sağlamlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Alimlər yay istisində paltarların açıq havada qurudulmasının sağlamlıq üçün təhlükəli ola biləcəyi barədə xəbərdarlıq ediblər.

presstvaz xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Bildirilir ki, bu vərdiş xüsusilə 32° C-dən yuxarı temperaturda və havadakı tozcuq (polen) miqdarı yüksək olan günlərdə insanların səhhəti üçün risklidir.

Ekspert Naycel Birmanın sözlərinə görə, nəm paltar poleni özünə hopdurar və onu yataq dəstlərinə, geyimlərimizə və dərimizə daşıya bilər. Bu isə allergiyası olanlar, xüsusilə də çiçək tozuna qarşı həssas insanlar üçün qaşınma, burun tutulması və göz sulanması kimi simptomlara səbəb ola bilər.

Alimlər belə günlərdə paltarların evdə, yaxşı havalandırılan şəraitdə qurudulmasını tövsiyə edirlər.

Bununla belə, qeyd edilib ki, çöldə qurudulan paltarlar daha xoş qoxulu olur. Bu, günəş işığı nəticəsində parçaların üzərində yaranan təbii maddələrlə – məsələn, bitki mənşəli aldehidlər və ketonlarla bağlıdır. Bu birləşmələr paltarlara sitrus, qızılgül və ya ədviyyat ətirləri verə bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv