İdman tarixində rekord sövdələşmə: “Leykers” 10 milyard dollara satıldı

İdman tarixində rekord sövdələşmə: “Leykers” 10 milyard dollara satıldı






presstv

"Presstv"az #ABŞ, #Ailə, #Dollar, #Formula-1, #İngiltərə, #Los-Anceles, #Premyer Liqası, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) ən məşhur komandalarından biri olan “Los-Anceles Leykers” klubu 10 milyard dollarlıq rekord qiymətə yeni sahibinə keçib.

presstvaz xəbər verir ki, klubun nəzarət paketi “TWG Global” holdinq şirkətinin baş direktoru və İdarə Heyətinin sədri Mark Uolterə satılıb.

Bu, idman tarixində ən yüksək məbləğə başa gələn klub satışıdır.

19 iyun, 11:40

ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) ən məşhur klublarından biri olan “Los-Anceles Leykers”in nəzarət paketi rekord məbləğə – 10 milyard dollara satılacaq.

presstvaz xəbər verir ki, bu barədə “ESPN” telekanalı məlumat yayıb.

Bildirilir ki, alıcı – “TWG Global” holdinq şirkətinin baş direktoru və İdarə Heyətinin sədri Mark Uolter olacaq. Hazırkı sahiblər olan Bass ailəsi müəyyən müddət ərzində klubda minimal payı (təxminən 15%) saxlayacaq; Cimmi Bass satışdan sonra “Leykers”in baş meneceri vəzifəsində qalacaq.

Bu, idman tarixində ən bahalı müqavilə olacaq.

Qeyd edək ki, “Leykers” klubu 1979-cu ildən Bass ailəsinə məxsusdur. Bu müddətdə komanda 11 dəfə NBA çempionu olub, ümumilikdə isə 17 çempionluğa sahibdir.

Mark Uolter 2021-ci ildən “Leykers”in səhmdarlarından biridir. O, “TWG Global” vasitəsilə, həmçinin “Los-Anceles Dodcers” (MLB), “Los-Anceles Sparks” (WNBA), “Çelsi” (İngiltərə Premyer Liqası) və bir sıra “Formula-1” komandalarında da pay sahibidir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv