Xocalının canlı şahidi: Qarabağ həqiqətlərini dünyaya çatdıran amerikalı jurnalist

Xocalının canlı şahidi: Qarabağ həqiqətlərini dünyaya çatdıran amerikalı jurnalist






presstv

"Presstv"az #Avto, #Azərbaycan, #Kitab, #Xocalı soyqırımı, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Baku TV Qarabağ həqiqətlərini dünyaya çatdıran amerikalı jurnalist Tomas Qolts haqqında süjet hazırlayıb.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə onunla bağlı xatirələrini bölüşərkən bildirib ki, Tomas Qolts Kəlbəcəri son tərk edənlərdən biri olub:

“Kəlbəcər mühasirəyə alındı və avtomobil yolu ilə getmək mümkün olmadı. İnsanlar helikopterlərə mindilər, yerlər məhdud idi. Sıxlıq var idi. Əlbəttə ki, o bütün bunları lentə aldı və kitabının üz qabığında Kəlbəcərdən qalxan bu son helikopterin fotosunu yerləşdirdi. O da Kəlbəcəri son tərk edənlərdən biri idi. Tomas Qolts dürüst bir insan idi. Düşündüyünü yazırdı. Azərbaycanın faciəsini vicdanla təsvir edirdi”.

O, Xocalı soyqırımının azsaylı xarici şahidlərindən biri olur. Baş verənlər onun qələmindən “The Washington Post” qəzetinin səhifələrində dərc olunur. Azərbaycanda yaşadıqlarından və gördüklərindən və dünyanın eşitmək istəmədiklərindən T.Qoltz sonralar özünün “Azərbaycan Gündəliyi”ndə yazır.

Kitab 1998-ci ildə nəşr olunur. Azərbaycan öz ərazilərini işğaldan azad edəndə o, artıq ağır xəstə idi və əlil arabasında hərəkət edirdi. Lakin amerikalı jurnalist azad edilmiş Qarabağa gəlməyə bilməzdi. Tomas Qolts azad Qarabağa səfərindən iki ay yarım sonra vəfat edir. Jurnalist küllərinin dünyanın üç müxtəlif nöqtəsinə səpməyi vəsiyyət edir.

Bu siyahıda birinci yeri isə Azərbaycan tutub.

Ətraflı süjetdə:

 

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv