Netanyahu: “İsrailin hədəfində daha bir neçə iranlı alim var”

Netanyahu: “İsrailin hədəfində daha bir neçə iranlı alim var”






presstv

"Presstv"az #İran, #İsrail, #Mətbuat konfransı, #Tehran

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İsrailin Baş naziri Binyamin Netanyahu ölkəsinin İrana qarşı hərbi əməliyyatı davam etdirmək əzmində olduğunu bəyan edib.

presstvaz “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, bu barədə hökumət başçısı mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, İranın nüvə proqramı İsrailin mövcudluğuna təhdid yaradır, çünki Tehran gücünü artırmağa və nüvə silahı yaratmağa çalışır.

“Hər şeydən əvvəl, İranın nüvə silahı İsrail üçün ən böyük ekzistensial təhdiddir”, – deyə o bildirib.

Netanyahu bəyan edib ki, İsrail Müdafiə Ordusu (SAXAL) İran üçün kütləvi qırğın silahları hazırlayan 10 iranlı alimi öldürüb. Lakin İsrailin yeni hədəf kimi müəyyən etdiyi daha bir neçə nəfər var.

O həmçinin vurğulayıb ki, İsrail mülki əhali arasında itkiləri minimuma endirmək üçün SAXAL-ın əməliyyatları barədə İran əhalisini xəbərdar edir.

“Biz əlimizdən gələni edirik, hətta hədəflər yaşayış məntəqələrinin mərkəzində, o cümlədən Tehranda yerləşdirilsə, belə. Biz əhalinin təxliyəsinə çağırırıq və onlar mövqeləri tərk edirlər”, – deyə baş nazir bildirib.

İsrailin hökumət başçısı, həmçinin bəyan edib ki, məhv etdikləri bəzi hədəflər barədə hələ elan edilməyib.

“Biz onların radarlarını, mənzil-qərargahlarını, radiostansiyalarını və tezliklə eşidəcəyiniz digər hədəfləri vururuq”, – o əlavə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv