Astronomlar kainatda 10 trilyon Günəş qədər parlaq püskürmə aşkar ediblər

Astronomlar kainatda 10 trilyon Günəş qədər parlaq püskürmə aşkar ediblər






presstv

"Presstv"az #Günəş

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

NASA-nın “Chandra” teleskopu və “Very Large Array” radioteleskopu alimlərə 11/6 milyard işıq ili uzaqlıqda yerləşən iki qədim kvazarın güclü enerji püskürmələrini müşahidə etməyə imkan verib. Bu kvazarların hər birinin mərkəzində superkütləli qara dəliklər yerləşir.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə “Space” portalı məlumat yayıb.

Kəşf edilən axınlardan biri 300 min işıq ili uzunluğundadır və içindəki hissəciklər işıq sürətinin 98%-nə qədər sürətlə hərəkət edir. Onun daşıdığı enerji isə 10 trilyon Günəşin enerjisinə bərabərdir.

Maraqlısı odur ki, bu axınlar o qədər uzaqdadır ki, hələ də yalnız rentgen şüalanması vasitəsilə görünə bilir. Alimlər hesab edirlər ki, bu fenomen kainatın ilkin dövrlərində superkütləli qara dəliklərin necə bu qədər sürətlə böyüdüyünü anlamağa kömək edəcək.

Kvazarlar mərkəzində superkütləli qara dəlik yerləşən, ətrafı çox parlaq akkresiya diski ilə əhatələnmiş nəhəng kosmik obyektlərdir. Bu qara dəliklərə düşən maddə sürətlə qızaraq parlayır və nəticədə kvazarlar kainatdakı ən parlaq obyektlərdən birinə çevrilir. Bundan əlavə, kvazarlar çox güclü enerji və şüalanma axınları buraxır. Bu axınlar adətən qara dəliyin ətrafındakı diskin müstəvisinə perpendikulyar şəkildə yönəlir və minlərlə işıq ili uzaqlığa qədər yayıla bilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv