Güclü külək fəsadlar TÖRƏTDİ: Kəndlər işıqsız qaldı

Güclü külək fəsadlar TÖRƏTDİ: Kəndlər işıqsız qaldı






presstv

"Presstv"az #Güclü külək, #Hadisə, #Qeyri-sabit hava şəraiti, #Təmir işləri, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Güclü külək bölgələrdə bir sıra fəsadlar törədib. Bəzi ərazilərdə elektrik dirəkləri qırılıb, yollar bağlanıb.

presstvaz Xəzər TV-yə istinadən məlumat verir ki, Goranboyda irigövdəli qovaq ağacı kökündən qoparaq aşıb. Təbiət hadisəsi rayon ərazisində qeydə alınıb. Küləyə tab gətirməyərək aşan irigövdəli ağac transformatorun üzərinə düşüb. Həmçinin sakinlərə məxsus istixana, arpa, buğda, günəbaxan, sahələrinə gediş-gəlişi kəsib.

Həmin yoldan istifadə edən təsərrüfatçılar ağacın ərazidən götürülməsi üçün aidiyyəti qurumları məlumatlandırıblar.

Qeyd edək ki, aşan ağac təsərrüfatlarda biçin aparmaq üçün kombaynların, digər texnikların hərəkətinə də ciddi manelər yaradıb. Yaxınlıqdakı fermaya elektrik enerjisinin verilişi də kəsilib.

İyunun 14-ü axşam saatlarından başlayaraq ölkənin şimal-qərb bölgəsində də qeyri-sabit hava şəraiti hökm sürüb. 22 radələrindən başlayaraq Zaqatala və Balakən rayonları ərazisində güclü külək əsib, leysan yağıb. Güclü külək hər iki rayonda bəzi ərazilərdə ağacların qırılmasına səbəb olub, elektrik, rabitə xətlərində qırılmalar və qısaqapanmalar baş verib.

Bu səbəbdən ötən gün axşam saatlarından Zaqatala və Balakən rayonları ərazisinin 80 faiz ərazisində elektrik enerjisinin verilməsində fasilə yaranıb. Dağlıq ərazilərə yağan leysan yağışları səbəbindən Tala, Katex, Balakən və digər dağ çaylarında suyun səviyyəsi artıb.

Gecə saatlarından Zaqatala və Balakən rayonlarının Paylayıcı Elektrik Şəbəkəsinin əməkdaşları əraziyə ezam olunub, baş vermiş qəzaların aradan qaldırılması istiqamətində işlər aparılıb. Səhər saatlarına kimi əksər ərazilərdə baş vermiş qəzaların nəticələri aradan qaldırılıb, elektrik enerjisinin verilməsi bərpa edilib. Hazırda hər iki rayonun Paylayıcı Elektrik Şəbəkəsinin əməkdaşları qəzaların tam aradan qaldırılması istiqamətində təmir işlərini davam etdirirlər.

Hazırda Zaqatala və Balakən rayonları ərazisində qeyri-sabit hava şəraiti davam edir, fasilələrlə yağış yağır.

Ətraflı süjetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv