Kahramanmaraşdakı Azərbaycan məhəlləsinin yeni sakinləri: “Prezident İlham Əliyevə təşəkkür edirik”

Kahramanmaraşdakı Azərbaycan məhəlləsinin yeni sakinləri: “Prezident İlham Əliyevə təşəkkür edirik”






presstv

"Presstv"az #Ailə, #Azərbaycan, #Azərbaycan məhəlləsi, #İlham Əliyev, #Torpaq sahəsi, #Türkiyə, #Zəlzələ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Kahramanmaraş şəhərində inşa edilən Azərbaycan məhəlləsində hökumət tərəfindən püşkatma yolu ilə seçilmiş mənzillə təmin olunan ilk sakinlər artıq yeni evlərinə yerləşməyə başlayıblar.

presstvaz xəbər verir ki, yeni sakinlər AZƏRTAC-a açıqlamalarında 2023-cü ilin fevralında baş vermiş zəlzələlərin fəsadlarının aradan qaldırılmasına göstərilən dəstəyə görə Prezident İlham Əliyevə və bütün Azərbaycan xalqına dərin təşəkkürlərini bildiriblər.

Dövlət qulluqçusu Əhməd Metin söyləyib ki, zəlzələ nəticəsində onun da evi ciddi ziyan gördüyü üçün sökülüb və Azərbaycanın dəstəyi ilə ərazidə müasir yaşayış binası inşa olunub.

“Püşkatma ilə ailəmizə dördotaqlı mənzil düşüb. Azərbaycan dövlətinə və şəxsən Prezident İlham Əliyevə göstərdikləri diqqət və dəstəyə görə dərin minnətdarlığımızı bildirirəm. Qardaş Azərbaycan xalqı zəlzələnin ilk günlərindən bizim yanımızda oldu. Bu dəstəyi heç vaxt unutmayacağıq”, – deyə o vurğulayıb. Ə.Metin yeni ünvanda kommunal qeydiyyat işləri başa çatdıqdan sonra oraya daimi köçəcəyini bildirib.

Azərbaycan kvartalında üçotaqlı mənzilə sahib olan iş adamı Musa Kuş da ölkəmizə və Prezident İlham Əliyevə səmimi təşəkkürünü ifadə edib.

O bildirib ki, yeni yaşayış kompleksinin tikildiyi ərazi əvvəllər ona məxsus torpaq sahəsi olub. “Püşkatma yolu ilə mənə düşən yeni mənzil çox gözəl və rahatdır, terraslıdır. Bizi çətin anlarda tək qoymayan qardaş Azərbaycana, ölkə rəhbərlərinə təşəkkürümü bildirirəm. Hamımız Prezident İlham Əliyevə səmimi minnətdarlığımızı çatdırırıq”, – deyə M.Kuş qeyd edib. O, artıq əşyalarını yeni evə köçürdüyünü və yaxın günlərdə tam yerləşəcəyini söyləyib.

Məlumata görə, fəlakət zonasından köçürülən ailələr üçün nəzərdə tutulmuş bəzi mənzillər artıq tam mebel və məişət texnikası ilə təchiz olunub.

Qeyd edək ki, layihənin Azərbaycan tərəfdən icrasına Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyi, Türkiyə tərəfdən isə Mənzil İnşaatı İdarəsi cavabdehdir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv