İsrail Kirmanşahdakı hərbi bazaya hücum etdi: Kazarmalarda partlayışlar oldu

İsrail Kirmanşahdakı hərbi bazaya hücum etdi: Kazarmalarda partlayışlar oldu






presstv

"Presstv"az #Hərbi Hava Qüvvələri, #İran, #İsrail

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İyunun 15-də səhər saatlarında İsrail Hərbi Hava Qüvvələri İranın Kirmanşah şəhərində yerləşən İmam Həsən hərbi bazasına hücum edib.

presstvaz bu barədə “Tasnim” agentliyinə istinadla xəbər verir.

“Kirmanşahdakı İmam Həsən hərbi bazasına hücumdan sonra kazarmada partlayışlar baş verib. İndi orada baş verən güclü tüstülünmə bütün ərazini bürüyüb”, – deyə agentliyin müxbiri bildirib.

Bundan əlavə, İsrail İranın qərbindəki Ştirin şəhərindəki obyektlərə hücum edib.

İyunun 13-nə keçən gecə İsrail İranın nüvə proqramını hədəf alan “Yüksələn aslan” əməliyyatına başlayıb. İslam Respublikası buna cavab olaraq, iyunun 13-ü axşam və 14-nə keçən gecə İsraildəki onlarla hədəfə, o cümlədən hərbi obyektlər və hava bazalarına raket zərbələri endirib. İsrail və İran iyunun 14-ü və 15-nə keçən gecə yenidən qarşılıqlı zərbələr endiriblər. Hücumlar nəticəsində hər iki tərəf ölənlərin və yaralıların olduğunu bildirib.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv