“Elektron Hərrac Portalı” vasitəsilə 140 əmlakın realizəsi həyata keçirilib

“Elektron Hərrac Portalı” vasitəsilə 140 əmlakın realizəsi həyata keçirilib






presstv

"Presstv"az #Elektron hərrac portalı, #Ədliyyə Nazirliyi, #Hərrac

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı hərraca çıxarılan əmlakların satışı məqsədilə ötən ilin sonunda Ədliyyə Nazirliyi tərəfindən istifadəyə verilmiş “Elektron Hərrac Portalı” vasitəsilə 6 ay ərzində ümumi dəyəri 100,000,000 AZN-dək olan 140 əmlak realizə edilib (satışı və ya ipoteka saxlayana təklif edilməsi). Nəticədə məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı uğurlu nəticələr əldə olunub.

Tam rəqəmsal formada həyata keçirilən hərraclarda ümumilikdə 308 fiziki və hüquqi şəxs iştirak edib.

Hazırda portalda elan mərhələsində 58, davam edən isə 47 hərrac mövcuddur.

Bu hərraclarda iştirak imkanları hər kəs üçün bərabər və əlçatandır. Qanunvericiliyə əsasən elektron hərracda iştirakına icazə verilən fiziki və hüquqi şəxslər, eləcə də tələbkar və borclular “Digital Login” sistemi vasitəsilə qeydiyyatdan keçərək və Portalda elektron kabinet yaradaraq hərrac prosesində iştirak edə bilərlər.

Elektron hərracın keçirilməsi qaydası, portaldan istifadəyə dair təlimat və hərrac elanları ilə portalın saytı sosial şəbəkə hesablarında tanış olmaq mümkündür.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv