MEDİA İsrail-İran gərginliyi ilə bağlı jurnalistlərə MÜRACİƏT ETDİ

MEDİA İsrail-İran gərginliyi ilə bağlı jurnalistlərə MÜRACİƏT ETDİ






presstv

"Presstv"az #Azərbaycan, #İran, #İsrail, #Jurnalistlər, #Sosial şəbəkələr, #Tehran, #təyyarə, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“İsrail-İran münasibətlərinin gərginləşməsi fonunda sosial şəbəkələrin xarici seqmentində guya Azərbaycan hərbi təyyarələrinin İranla sərhəddə uçuşlar etdiklərinə dair həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır”.

presstvaz xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi ( MEDİA) məlumat yayıb.

Qeyd edilib ki, informasiya manipulyasiyası məqsədilə hazırlanmış bu tip “xəbərlər” saxtadır və qətiyyən reallığı əks etdirmir:

“Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa çağırırıq”.

Xatırladaq ki, iyunun 13-də gecə saatlarında İsrail İranın bir sıra nüvə obyektlərinə və paytaxt Tehrana zərbələr endirib. Bir neçə yüksəkvəzifəli hərbçi və nüvə alimləri həlak olublar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv