Təbrizə növbəti raket hücumu: Ölənlər və yaralananlar var

Təbrizə növbəti raket hücumu: Ölənlər və yaralananlar var






presstv

"Presstv"az #Araşdırma, #Hadisə, #İran, #İsrail, #Raket hücumu, #Təbriz şəhəri

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İsrailin bu gün həyata keçirdiyi hücum nəticəsində Təbrizdə beş nəfər həyatını itirib.

presstvaz-ın “Mehr” agentliyinə istinadla verdiyi məlumata görə, bu barədə vilayətin Fövqəladə Halların İdarə Olunması Baş İdarəsinin rəhbəri Məcid Fərşi xəbər verib.

Onun sözlərinə görə, hücum zamanı daha 12 nəfər yaralanıb.

İsrail Təbriz şəhəri ətrafına yenidən raket hücumu həyata keçirib.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə “Mehr” agentliyi xəbər verib.

Məlumata görə, partlayış səsləri Təbrizin ikinci hərbi hava bazasının (Şikari bazası) yaxınlığından eşidilib. Hücumun dəqiq nəticələri və mümkün tələfat barədə hələlik rəsmi açıqlama verilməyib.

Hadisə ilə bağlı yayımlanan görüntülərdə partlayış anı və alov topu müşahidə olunur. Hazırda bölgədəki vəziyyətlə bağlı araşdırmalar davam etdirilir.

Rəsmi qurumların mövqeyi açıqlanacağı təqdirdə, əlavə məlumat təqdim olunacaq.

Həmçinin “Azad İran” “Telegram” kanalı İsrailin Təbrizi hədəfə aldığı anların görüntülərini paylaşıb.

İsrail İranın Təbriz şəhərində yerləşən neft emalı zavoduna (NEZ) zərbə endirib.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə İranın IRIB dövlət televiziyası xəbər yayıb.

Məlumata görə, zərbə nəticəsində zavod ərazisinə ziyan dəyib. Hadisə zamanı zavod əməkdaşlarının xəsarət alıb-almadığı barədə hələlik məlumat verilmir.

Bundan əvvəl Natanz şəhərində yerləşən və uranın emalı ilə məşğul olan Əhmədi Roşan obyektində partlayış baş verdiyini bildirmişdi. Lakin İran televiziyasının məlumatına əsasən, hücumdan sonra radioaktiv çirklənmə əlamətləri aşkar olunmayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv