Azərbaycan startap ekosistemi üzrə Mərkəzi Asiyada ən çox irəliləmiş ölkə elan edilib

Azərbaycan startap ekosistemi üzrə Mərkəzi Asiyada ən çox irəliləmiş ölkə elan edilib






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Nəqliyyat, #Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, #Universitetlər

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Rəqəmsallaşma prosesi çərçivəsində hökumət tərəfindən qəbul olunan siyasət və hüquqi tənzimləmələr bu gün ölkənin innovasiya ekosisteminin inkişafına ciddi təkan verir”.

presstvaz xəbər verir ki, bu fikri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında səsləndirib.

O bildirib ki, cari ilin əvvəlindən etibarən qəbul edilən bir sıra strategiyalar və qanunvericilik aktları bu sahədə əsaslı irəliləyişlərin əsasını qoyub:

“Rəqəmsal idarəetmə sahəsində tətbiq edilən yeniliklər nəticəsində dövlət qurumları arasında sənəd dövriyyəsinin tam elektronlaşdırılması təmin olunub. Hazırda gündəlik olaraq dövlət orqanları arasında iki milyona yaxın sənəd mübadiləsi aparılır. Bu, çox vacib bir infrastrukturun formalaşdığını göstərir və rəqəmlər artmaqda davam edir”.

Onun sözlərinə görə, hazırda rəqəmsal sənəd dövriyyəsi sayəsində dövlət qurumları kağız üzərində aparılan əməliyyatları əhəmiyyətli dərəcədə azaldıb:

“Keçən il yalnız bu sistem vasitəsilə bir milyona yaxın rəhbərlik sənədi dövriyyəyə buraxılıb. Bu, böyük qənaət və səmərəlilik deməkdir. Eyni zamanda, vətəndaşlar üçün təqdim olunan xidmətlərin sayı və keyfiyyəti artıb. Artıq 1.5 milyona yaxın insan təqdim etdiyimiz rəqəmsal həllərdən aktiv istifadə edir və bu rəqəm sürətlə artır. Təkcə yanvar ayında istifadəyə verilmiş yeni tətbiqimiz sayəsində 44 faiz artım qeydə alınıb”.

F.Osmanov qeyd edib ki, Azərbaycanın dövlət qurumları bu gün universitetlərlə daha sıx əməkdaşlığa başlayıb, məqsəd isə innovasiyaların elm mühitindən sənayeyə daşınması və ümumilikdə innovasiya sisteminin gücləndirilməsidir:

“Bu istiqamətdə həm agentliyimiz, həm də digər dövlət strukturları hökumətin vahid rəhbərliyi altında qlobal reytinqlərdə mövqeyimizi yaxşılaşdırmaq üçün fəaliyyət göstərir. Qeyd etmək istərdim ki, ötən il Azərbaycan rəqəmsal hökumət indeksi üzrə doqquz pillə irəliləyərək 74-cü yerə yüksəlib. Onlayn xidmətlər indeksi üzrə isə ölkəmiz 27-ci yerdə qərarlaşıb. Bu göstəricilər Azərbaycanı inkişaf etməkdə olan ölkələr arasında önə çıxarır və bir çox inkişaf etmiş ölkələrlə eyni sıraya qoyur”.

F.Osmanov əlavə edib ki, rəqəmsal transformasiya ilə yanaşı, kibertəhlükəsizlik sahəsində də ciddi addımlar atılır:

“Məlumatların məxfiliyinin qorunması, məlumat təhlükəsizliyi məsələləri hökumətin prioritet sahələrindəndir. Belə ki, ölkəmiz Qlobal Kibertəhlükəsizlik İndeksinin 2024-cü il hesabatında mümkün 100 baldan 94 bal toplayaraq “İnkişaf etmiş” kateqoriyasına daxil olub və bu da bizi qabaqcıl ölkələr sırasında göstərir”.

O, həmçinin qeyd edib ki, hökumət qarşıdakı dövrdə Qlobal İnnovasiya İndeksində də mövqelərini yaxşılaşdırmağı qarşıya məqsəd qoyub:

“Dövlət qurumları bu istiqamətdə koordinasiyalı şəkildə çalışır. Yaxın zamanda “StartupBlink” platformasının dərc etdiyi reytinqdə Azərbaycanın startap ekosistemi 74-cü yeri tutaraq Mərkəzi Asiyada ən çox irəliləmiş ölkə elan edilib. Bu reytinqdə ölkəmiz altı pillə irəliləyib. Eyni zamanda, Bakı şəhəri 2025-ci ilin “İlin şəhəri” adına layiq görülüb”


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv