Şəhid övladlarının “Məzun günü”

Şəhid övladlarının “Məzun günü”






presstv

"Presstv"az #Ailə, #Anar Əliyev, #Azərbaycan, #Azərbaycan Respublikasının Xalq artisti, #Azərbaycanın Milli Qəhrəmanı, #Mətbuat Şurası, #Müharibə, #Orta məktəb, #Rəşad Məcid, #Təbrik, #Təhsil, #Vətən müharibəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İyunun 11-də “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, “PAŞA Həyat Sığorta” ASC-nin dəstəyi və “Stereohall” konsert mərkəzinin tərəfdaşlığı ilə bu il orta məktəbi müvəffəqiyyətlə bitirən məzun şəhid övladları üçün “Məzun günü” tədbiri təşkil olunub.

presstvaz xəbər verir ki, dövlət himninin səslənməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirin açılış nitqində çıxış edən “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova orta məktəbi müvəffəqiyyətlə başa vuran şəhid övladlarının hər birini təbrik edib və onlara gələcək həyatlarında uğurlar arzulayıb. O qeyd edib ki, “Həyatınızın hər mərhələsində biz sizin yanınızda olmağa davam edəcəyik.”

Tədbirdə iştirak edən millət vəkilləri Mehriban Vəliyeva, Fatma Yıldırım, Ceyhun Məmmədov, Nigar Məmmədova və Tahir Mirkişili çıxışlarında məzun olan gənclərə xoş arzularını çatdıraraq, onların təhsil nailiyyətlərini yüksək qiymətləndiriblər.

Təhsilin İnkişafına Dəstək Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və Mətbuat Şurasının sədri Rəşad Məcid çıxış edərək, şəhid övladlarına göstərilən diqqət və qayğını hər bir vətəndaş üçün mənəvi məsuliyyət adlandırıb.

Daha sonra məzunlar – Azərbaycanın Milli Qəhrəmanı, Vətən müharibəsi şəhidi, polkovnik Şükür Həmidovun oğlu Nurlan Həmidli, Vətən müharibəsi qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin qızı Nigar Əliyeva və Vətən müharibəsi şəhidi, mayor Abakar Hacıyevin oğlu Hacı Hacıyev öz həmyaşıdlarını təbrik ediblər: “Gəlin, bu illərimizi təbəssümlə, gözəl xatırlayaq və hər zaman bir-birimizə dəstək olaq. Hər birimizin yolu uğurlu olsun”.

Tədbir bədii hissə ilə davam edib. Tədbirdə Azərbaycan Respublikasının Xalq artisti Miri Yusif, tanınmış müğənnilər Sevinc Ağasıyeva, DJ China və “Star Band” qrupu öz ifaları ilə məzun şəhid övladlarına duyğu dolu və əyləncəli anlar yaşadıblar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv