“Dreamliner” təyyarəsinin qəzaya uğraması “Boeing”in səhmlərini çökdürdü

“Dreamliner” təyyarəsinin qəzaya uğraması “Boeing”in səhmlərini çökdürdü






presstv

"Presstv"az #ABŞ, #Bakı, #Dollar, #Hindistan, #London, #Nyu-York, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin aviasiya nəhəngi “Boeing” şirkətinin səhmləri Nyu-York Fond Birjasında (NYSE) səhər ticarət sessiyasında demək olar ki, 8% ucuzlaşıb.

presstvaz xəbər verir ki, bu barədə birjanın məlumatları təsdiq edir.

Səhmlərin dəyərindəki kəskin eniş Hindistanda “Air India” aviaşirkətinə məxsus “Boeing 787 Dreamliner” sərnişin təyyarəsinin qəzaya uğraması fonunda baş verib.

Bakı vaxtı ilə saat 13:30-da şirkətin səhmləri 7.96% ucuzlaşaraq bir səhm üçün 196.97 dollar təşkil edib. Saat 13:41-də isə qiymətlərdəki eniş zəifləyərək bir səhm üçün 199.14 dollar (-6,93%) səviyyəsində ticarət olunub.

Xatırladaq ki, bir müddət əvvəl Hindistanın qərbində, Əhmədabad şəhərinin hava limanı yaxınlığında “Boeing 787 Dreamliner” tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarə Əhmədabad-London reysi üzrə hərəkət edirmiş və göyərtəsində 242 nəfər olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv