Bakıda rejissor 60 yaşlı sürücünün burnunu sındırdı, həbs edildi – 202 minlik İDDİA

Bakıda rejissor 60 yaşlı sürücünün burnunu sındırdı, həbs edildi – 202 minlik İDDİA






presstv

"Presstv"az #Avto, #Bakı, #Cinayət işi, #Hadisə, #Nərimanov rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda 30 yaşlı rejissor Kamran Hüseynov (soyad şərtidir) 60 yaşlı sürücünü döydüyü üçün həbs olunub.

presstvaz “Qaynarinfo”ya istinadla xəbər verir ki, 1995-ci il təvəllüdlü Kamran Hüseynov barəsində Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1 (xuliqanlıq) maddələri ilə cinayət işi açılıb və məhkəmə icraatına verilib.

İstintaqla müəyyən olunub ki, hadisə Nərimanov rayonu, M.F.Axundzadə 41/47 ünvanında baş verib. Kamran Hüseynov bir qadının azyaşlı övladı ilə yolu keçdiyini, bu zaman “Mitsubishi Pajero” markalı avtomobilin onlara yaxınlaşdığını, sürücünün isə telefondan istifadə etdiyini görüb. Qadın sürücüyə irad bildirərək ərazidən uzaqlaşıb.

Hadisədən sonra Kamran avtomobilə yaxınlaşaraq sürücüyə “Korsan, uşağın gəldiyini görmürsən? Sürə bilmirsənsə, sürmə” deyə irad bildirib. 1965-ci il təvəllüdlü sürücü Elxan isə “Gələnlərin hamısını görürəm, buna görə avtomobili saxladım. Oğlum yaşındasan, niyə mənimlə belə danışırsan?” cavabını verib. Bu sözlərdən sonra Kamran əsəbiləşərək Elxanı sifət nahiyəsindən vurub və onun burnunu sındırıb.

Zərərçəkmiş şəxs mülki iddia ərizəsi ilə çıxış edərək maddi ziyana görə 2 630 manat, mənəvi ziyana görə isə 200 000 manat, ümumilikdə 202 630 manat təzminat tələb edib.

Məhkəmənin hökmü ilə Kamran Hüseynova 1 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Qeyd edək ki, Kamran Hüseynov bir neçə televiziya kanalında rejissor kimi çalışıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv