Dünyada hər 67 nəfərdən biri məcburi köçkündür – BMT-dən yeni hesabat

Dünyada hər 67 nəfərdən biri məcburi köçkündür – BMT-dən yeni hesabat






presstv

"Presstv"az #Əfqanıstan, #Kolumbiya, #Məcburi köçkün, #Münaqişə, #Suriya, #Təhsil, #Ukrayna, #Yer kürəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2024-cü ildə dünyada beynəlxalq sərhədləri keçərək sığınacaq axtaran qaçqınların sayı 559 min nəfər azalaraq 36.8 milyona düşüb. Bu, 2011-ci ildən bəri ilk azalma olub.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) hesabatında deyilir.

Azalmanın əsas səbəblərindən biri bir sıra ölkələrə – Suriya, Cənubi Sudan, Əfqanıstan və Ukraynaya – geri qayıdanların sayının artması olub. 2024-cü ildə 1.6 milyon nəfər doğma ölkəsinə geri dönüb ki, bu da 2002-ci ildən bəri ən yüksək göstəricidir.

Lakin eyni zamanda, daxildə didərgin düşənlərin – yəni ölkə daxilində zorakılıqdan və münaqişələrdən qaçanların sayı artaraq 73.5 milyon nəfərə çatıb. Bu artım əsasən Sudan, Myanma, Haiti və Kolumbiyada baş verən münaqişələrlə əlaqələndirilir.

Ümumilikdə, 2024-cü ilin sonunda dünyada məcburi köçkünlərin sayı 123.2 milyon nəfərə çataraq rekord səviyyəyə yüksəlib. Bu, Yer kürəsində hər 67 nəfərdən birinin doğma evindən didərgin düşdüyünü göstərir.

UNHCR xəbərdarlıq edir ki, maliyyə çatışmazlığı səbəbindən təşkilatın və digər humanitar qurumların imkanları tükənmək üzrədir. Qida yardımı, təhsil, tibbi xidmət və zorakılıqdan müdafiə kimi əsas xidmətlər kəsilə bilər.

BMT hesab edir ki, qaçqın problemini həll etməyin yeganə yolu münaqişələrin və hüquq pozuntularının kökündən aradan qaldırılmasıdır. Əks halda, dəstək çatışmazlığı daha geniş humanitar böhranlara yol aça bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv