Viktor Orban İlham Əliyevi təbrik etdi

Viktor Orban İlham Əliyevi təbrik etdi






presstv

"Presstv"az #Avropa, #Azərbaycan, #İlham Əliyev, #Macarıstan, #Təbrik, #Vəzifə, #Viktor Orban

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

presstvaz President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

“Hörmətli canab Prezident.

İcazə verin, Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və həmvətənlərinizə səmimi təbriklərimi çatdırım.

Ölkələrimiz arasında əməkdaşlıq nümunəvi xarakter daşıyır və bu, bizim daim genişlənən iqtisadi, siyasi əlaqələrimizdə özünü göstərir.

Mən Azərbaycanın Macarıstanın inkişaf etmiş strateji tərəfdaşı olmasından və enerji resurslarının Avropaya tədarükünü artıraraq ölkəmizin enerji təhlükəsizliyinə mühüm töhfə verməsindən məmnunam.

Cənab Prezident, Siz son görüşümüzdə bildirdiniz ki, Azərbaycan gələcəkdə bizi lazımi miqdarda təbii qazla təchiz edəcək və buna görə Sizə minnətdaram.

Sizi əmin etmək istərdim ki, hökumətim qarşılıqlı tərəfdaşlığımızı gücləndirməyə və yüksəksəviyyəli dialoqu davam etdirməyə sadiqdir.

Biz qəti şəkildə inanırıq ki, birgə səylərimiz ölkələrimizin inkişafına təkan verəcəkdir.

Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə uğurlar arzulayıram”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv