Leyla Seyidzadə: “Azad Mirzəcanzadə İnkişaf Proqramı tamhəcmli bir layihə kimi fəaliyyət göstərir”

Leyla Seyidzadə: “Azad Mirzəcanzadə İnkişaf Proqramı tamhəcmli bir layihə kimi fəaliyyət göstərir”






presstv

"Presstv"az #Azərbaycan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azad Mirzəcanzadə İnkişaf Proqramı 2023-cü ildə pilot layihəsi idisə, bu gün artıq böyük və tamhəcmli bir layihə kimi fəaliyyət göstərir”.

presstvaz xəbər verir ki, bu fikirləri proqramın direktoru Leyla Seyidzadə Azad Mirzəcanzadə İnkişaf Proqramının Oriyentasiya Günü – II adlı tədbirində açılış nitqi zamanı deyib.

Leyla Seyidzadənin sözlərinə görə, hazırda proqramın ikinci dalğası həyata keçirilir:

“Birinci dalğada iştirakçı kimi 34 nəfər seçilmişdisə, ikinci dalğada bu say 90 nəfərə yaxındır”.

Direktor qeyd edib ki, proqram zamanla inkişaf edir, il ərzində keçirilən dalğaların sayı artır.

“Bu il biz bundan əlavə növbəti bir dalğanı da həyata keçirəcəyik. Yəqin ki, bu, sentyabr ayında olacaq”.

Xatırladaq ki, Azad Mirzəcanzadə İnkişaf Proqramı 18-35 yaş arası olan, cəmiyyətin inkişafına töhfə vermək arzusu və bu istiqamətdə real ideyaları olan Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub. Proqram çərçivəsində iştirakçıların tənqidi və yaradıcı düşüncə bacarıqları, liderlik keyfiyyətləri, eləcə də dəyişkən və çoxşaxəli mühitdə işləmək qabiliyyəti xüsusi önəm daşıyır.

Proqramın 2024-cü ildə başa çatan ilk mərhələsində altı qalib müəyyən olunub. Onların hər biri öz təşəbbüslərini reallaşdırmaq üçün həm maliyyə, həm də ekspert dəstəyi ilə təmin edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv