Yaşlı qadının şilləsi qazaxıstanlı gənci ulduz etdi – Avtobusda döyüldü, podiuma çıxdı

Yaşlı qadının şilləsi qazaxıstanlı gənci ulduz etdi – Avtobusda döyüldü, podiuma çıxdı






presstv

"Presstv"az #Aktyor, #Avto, #avtobus, #Çin, #Hadisə, #İctimai nəqliyyat, #London, #Milan, #Nəqliyyat, #Paris, #Qazax, #Qazaxıstan, #Sosial şəbəkələr

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qazaxıstanlı gəncin avtobusda qadın tərəfindən döyülməsi onun həyatını dəyişib. Belə ki, kadrlar sosial şəbəkələrdə viral olduqdan bir gün sonra 22 yaşlı gənc ilk modellik müqaviləsini imzalayıb.

presstvaz bu barədə tengrinews.kz-yə istinadən xəbər verir.

Gəncin sözlərinə görə, hadisə səhər avtobusla gedərkən baş verib. İctimai nəqliyyat dolu olub və o, vaxtını keçirmək üçün telefonda şahmat oynayıb.

“Əlim keyidiyinə görə, onu digər əlimə keçirdim. Bundan sonra yanımdakı qadın bir neçə dəfə əlimə vurdu. Bu andan etibarən mən video çəkməyə başladım”, – deyə o danışıb.

Kadrlardan görünür ki, qadın videoya çəkildiyini anlayanda qışqıraraq onun başına vurmağa başlayıb, yalnız digər sərnişinlərin müdaxiləsi ilə əməlinə son qoyulub.

Çingizin bu hadisəyə çox soyuqqanlı və nəzakətli reaksiya verməsi sosial şəbəkələrdə çox müsbət qarşılanıb. Videoya 6,5 milyon nəfər baxıb.

Çingiz deyir ki, videonun yayımlandığı gündən bir gün sonra, bir model agentliyinin direktoru onunla əlaqə saxlayıb.

“O, dərhal məni ofisə dəvət etdi və biz müqavilə imzaladıq. O an düşündüm ki, bəlkə də mənim şansım gəldi. Allah mənə fürsət verir”, – deyə o bildirib.

Agentlikdə Çingiz müxtəlif təlimlər keçib: geyim nümayişi, aktyorluq bacarığı, kamera qarşısında iş və digər vacib məqamlar. Fotoşəkil çəkdirməkdə isə heç bir çətinlik çəkməyib, çünki o, həm də fotoqrafdır və buna görə də kadrla necə işləməyi yaxşı bilir. Sonra Çingiz dünyanın ən böyük model agentliklərindən biri olan “IMG Models”də kastinqdən keçib. Hazırda o, viza üçün sənədlər hazırlayır və ümid edir ki, sentyabrda Milan, Paris və ya Londonda keçirilən moda şousunda iştirak edəcək.

“Əgər düzünü desəm, çox təəccübləndim. Heç vaxt düşünməzdim ki, adi bir gündə, sadəcə avtobusda baş verən bir hadisə həyatımı belə dəyişəcək”, – deyə o əlavə edib.

“Bir daha başa düşdüm ki, Allah mənə şans verir və mən sadəcə bunlardan düzgün istifadə etməliyəm”, – deyə Çingiz sözlərini tamamlayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv