Uşaq stomatologiyası sığortaya keçiriləcək? – Diş həkimləri yenidən TƏBİB-in qəbulunda

Uşaq stomatologiyası sığortaya keçiriləcək? – Diş həkimləri yenidən TƏBİB-in qəbulunda






presstv

"Presstv"az #Ailə, #Ailə həkimi, #Həkim, #İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, #Sağlamlıq, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Baku TV bir müddət əvvəl stomatoloqlardan TƏBİB tərəfindən 1800 manat icarə haqqı tələb olunması ilə bağlı süjet hazırlamışdı.

Bu dəfə isə uşaq stomatoloqları deyirlər ki, iki il əvvəl onlara İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən sığortaya keçiriləcəkləri vəd olunub, lakin bu vaxta qədər məsələ öz həllini tapmayıb.

“Stomatoloqların ümumi güzəranının və maaşlarının yaxşılaşdırılması üçün əsas yol stomatoloji xidmətlərin dövlət müəssisələrində icbari tibbi sığorta paketinə daxil edilməsidir”, – deyə şikayətçi bildirib.

Mövzu ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, icbari tibbi sığortanın xidmətlər zərfi ilə təminata alınan profilaktik tibbi müayinələrə uşaqların icbari dispanserizasiyası və uşaqların ağız boşluğunun mütəmadi müayinəsi daxildir:

“Uşaqlarda ağız boşluğunun sanasiyası qeydiyyatda olduqları poliklinika və ya ailə sağlamlıq mərkəzlərində ailə həkimi, sahə həkimi tərəfindən icbari tibbi sığorta hesabına aparılır. Amma stomatoloji xidmətlər icbari tibbi sığortanın xidmətlər zərfi ilə təminata alınmayıb. Xidmətlər zərfinə daxil olmayan bu xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrində əhaliyə ödənişli əsaslarla göstərilir”.

Qurumdan o da bildirilib ki, göstərilən ödənişli tibbi xidmətlərə görə dövlət tibb müəssisəsinə pasiyent tərəfindən rəsmi şəkildə ödənilən vəsaitin 60 %-i həcmində həkim-stomatoloqlara həvəsləndirici əlavələrin verilməsi nəzərdə tutulub.

Ətraflı süjetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv