Teatrda “Leyli və Məcnun” qalmaqalı – Xalq artistləri gənclərə əngəl olur?

Teatrda “Leyli və Məcnun” qalmaqalı – Xalq artistləri gənclərə əngəl olur?






presstv

"Presstv"az #Azərbaycan, #Sosial şəbəkələr, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Opera günləri” layihəsi çərçivəsində təqdim olunan Üzeyir Hacıbəyovun ölməz əsəri “Leyli və Məcnun” sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Narazılıqların əsas səbəbi isə Leyli və Məcnun rollarının gənc ifaçılara verilməməsidir. Xalq artistləri Nəzakət Teymurova və Mənsum İbrahimovun məktəbindən çıxmış onlarla gənc, istedadlı muğam ifaçısı olmasına baxmayaraq, Opera və Balet Teatrının səhnəsində yenidən məhz bu iki sənətkarın çıxış etməsi sosial platformalarda fikir ayrılığına səbəb olub.

İddialara görə, sənətkarlar Leyli və Məcnunun məhəbbətini gənc ifaçıların səs tellərinə rəva bilmirlər. Xanəndə Kamilə Nəbiyevanın Leyli obrazı üzərində üç ay məşq etməsinə baxmayaraq, sonda səbəbsiz yerə afişalardan adının çıxarılması bir müddət əvvəl ictimai narazılıq doğurmuşdu.

Əməkdar artist Nigar Şabanova isə verdiyi müsahibələrin birində deyib ki, bu səhnədə Leyli olmaq üçün “əlini cibinə salmaq” lazım gəlir. Məsələ ilə bağlı Xalq artistləri Nəzakət Teymurova və Mənsum İbrahimov da münasibət bildiriblər.

Nəzakət Teymurova deyib:

“Yetərincə Leyli və Məcnunumuz var. Bu barədə danışmaq istəmirəm. Həmin teatrda çalışıram, hansı rolu versələr, onu da ifa edirəm”.

Mənsum İbrahimov isə bildirib:

“İldə bir dəfə tamaşaçıların istəyi ilə Məcnun rolunu ifa edirəm. Bu gün orada kifayət qədər ifaçılar var. Onların çoxunu da elə mən özüm gətirmişəm”.

Ətraflı Baku TV-nin süjetində:

 

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv