Bakıda gənc qız qəfil öldü – Doğmaları onun son anlarından danışdılar

Bakıda gənc qız qəfil öldü – Doğmaları onun son anlarından danışdılar






presstv

"Presstv"az #Araşdırma, #Azərbaycan, #Bakı, #Hadisə, #Həkim, #Kliniki Tibbi Mərkəz, #Qida zəhərlənməsi, #Səbail, #Sosial şəbəkələr, #Təcili Tibbi Yardım, #Universitetlər, #Vəfat edib, #YouTube, #Zəhərlənmə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda həyatını itirən 2005-ci il təvəllüdlü Dərya Ağayevanın doğmaları vaxtsız ölümünün təfərrüatını Baku TV-yə danışıblar.

Onlar bildiriblər ki, sosial şəbəkələrdə yayılan məlumatların böyük əksəriyyəti həqiqəti əks etdirmir. 20 yaşlı gənc qız universitet tələbəsi olmayıb, pirsinq və tatu ustası kimi işləyirmiş.

Hadisənin baş verdiyi gün qarpız yedikdən sonra vəziyyəti pisləşib. Mərhumun bundan əvvəl də qıcolmaları olurmuş.

“Qarpız yedikdən sonra yatdı. 4-5 saat sonra anam məni yuxudan oyadıb dedi ki, Dərya özünü pis hiss edir, xəstəxanaya getməliyik. Təcili tibbi yardım maşınında komaya düşdü. Epilepsiyası var idi, zəhərlənib və qıcolma vəziyyətinə düşüb”, – deyə mərhumun qardaşı bildirib.

Ətraflı süjetdə:

“Bakı şəhəri, Səbail rayonu, M.Hüseynov küçəsi 22 ünvanından ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilmiş Saatlı rayon sakininin “qida zəhərlənməsi” (qarpız) səbəbindən vəfat etməsi ilə bağlı yayılmış məlumatlar təsdiqini tapmayıb”.

presstvaz  bildirir ki, bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Mətbuat Xidmətindən bildirilib.

Məlumatda qeyd olunub ki, məsələ ilə bağlı aidiyyəti üzrə araşdırmalar aparılıb:

“Araşdırmalar nəticəsində qida zəhərlənməsi diaqnozu təsdiqini tapmayıb. AQTA bir daha bildirir ki, zəhərlənmə halları ilə bağlı vətəndaşlar və media qurumları yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiqlənmiş rəsmi məlumatlara etibar etməlidirlər”.

13:15

Bakıda gənc qız zəhərlənmədən vəfat edib.

presstvaz “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə iyunun 7-si saat 5 radələrində baş verib.

Belə ki, Saatlı rayon sakini 2005-ci il təvəllüdlü Dərya Şahin qızı Ağayeva Səbail rayonu M.Hüseynov küçəsi 22-nin qarşısından ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Zəhərlənmə diaqnozu qoyulmuş qız bir qədər sonra vəfat edib.

D.Ağayevanın hansı şəraitdə və nədən zəhərlənməsi hələlik tam dəqiqləşməyib.

Yaxınları onun qarpızdan zəhərləndiyini bildiriblər. Vəfat edən qızın universitetlərdən birinin tələbəsi olduğu qeyd edilib.

Faktla bağlı araşdırmalar aparılır.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) presstvaz-ın sorğusuna cavab olaraq qeyd edilib ki, iyunun 7-də 20 yaşlı şəxs (qadın cinsli) qıcolma vəziyyətində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib:

“Dərhal xəstəyə zəruri tibbi xidmətlər göstərilib, həkimlərin səylərinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb”.



Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv