Xankəndidə orta məktəbi bitirən şəhid övladları üçün intellektual düşərgə təşkil olunub

Xankəndidə orta məktəbi bitirən şəhid övladları üçün intellektual düşərgə təşkil olunub






presstv

"Presstv"az #Ailə, #Azərbaycan, #Konstitusiya və Suverenlik İli, #Orta məktəb, #Qarabağ Universiteti, #Şuşa, #Şuşa şəhəri, #Təbrik, #Təhsil, #Xankəndi şəhəri

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, “Veysəloğlu” Şirkətlər Qrupunun baş sponsorluğu və Qarabağ Universitetinin tərəfdaşlığı ilə şəhid övladları üçün unudulmaz yay düşərgəsi təşkil olunub.

presstvaz xəbər verir ki, 4-6 iyun tarixlərində Xankəndi şəhərində keçirilən “Zəfər Sədası” adlı intellektual yay düşərgəsi “Konstitusiya və Suverenlik İli”nə həsr olunub. Bu il orta məktəbi bitirən 27 şəhid övladının iştirak etdiyi layihənin əsas məqsədi onların ali təhsil imkanları ilə tanışlığı, karyerayönümlü inkişafı və Qarabağla mənəvi bağlarının möhkəmləndirilməsi olub.

Düşərgənin ilk günü – 4 iyunda iştirakçılar Qarabağın incisi olan Şuşa şəhərinə səfər ediblər. Cıdır düzü, Şuşa qalası, Yuxarı Gövhər Ağa məscidi kimi tarixi abidələrə baş çəkən gənclərə Azərbaycanın zəngin mədəni irsi və mübarizə tarixi barədə geniş məlumat verilib.

5 iyunda iştirakçılar Qarabağ Universitetini ziyarət edərək rektor Şahin Bayramovla görüşüblər. Rektor şəhid övladlarını universitetdə qəbul etməkdən qürur duyduqlarını bildirib, bu torpaqlarda həyat və təhsilin məhz şəhidlərin canı və qanı bahasına bərpa olunduğunu vurğulayıb. Daha sonra universitetin fakültələri, ixtisasları və qəbul prosesi barədə təqdimat keçirilib, abituriyentlərin sualları ətraflı cavablandırılıb.

“Zəfər” İctimai Birliyinin sədri Sevinc Orucova bu səfərin təkcə tanıtım xarakteri daşımadığını, həm də gənclərin Qarabağla mənəvi bağlarının möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Həmin gün “Xəzər” İntellektual Gənclər Klubu tərəfindən şəhid övladları və Qarabağ Universitetinin tələbələri arasında intellektual yarış təşkil olunub. Dostluq ruhunda keçən yarışın sonunda qaliblərə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən hədiyyələr təqdim olunub. Tədbirin sonunda Veysəloğlu Şirkətlər Qrupunun Korporativ Kommunikasiyalar direktoru Sənubər Nəzərova çıxış edərək düşərgə iştirakçılarını təbrik edib və bildirib ki, Şirkətlər Qrupu sosial və gənclər siyasətinin də fəal iştirakçısı kimi müxtəlif təhsil və inkişaf layihələrinə yaxından dəstək verir.

Bundan əlavə, 6 iyun tarixində iştirakçılar üçün Veysəloğlu Şirkətlər Qrupunun “Araz” və “OBA” biznes şəbəkələrinin Xankəndidəki satış məntəqələrinə infoturlar təşkil olunub. Bu turlar zamanı gənclər ticarət şəbəkələrinin idarəetmə modeli, iş prinsipləri, karyera imkanları və innovativ yanaşmaları ilə tanış olublar.

Qeyd edək ki, düşərgə proqramının sonunda Qarabağ Universitetinin İncəsənət fakültəsinin tələbələrinin təqdim etdiyi musiqili konsert proqramı tədbir iştirakçılarına xoş anlar yaşadıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv