Alvaro Morata penaltini vura bilmədiyi üçün ölümlə hədələnib

Alvaro Morata penaltini vura bilmədiyi üçün ölümlə hədələnib






presstv

"Presstv"az #Alvaro Morata, #Futbol, #İspaniya, #Qalatasaray, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

UEFA Millətlər Liqasının finalında Portuqaliya ilə oyunun penaltilər seriyasında fərqlənə bilməyən İspaniya yığmasının futbolçusu Alvaro Morato ölüm təhdidləri alıb.

presstvaz xəbər verir ki, bu barədə Türkiyənin “Qalatasaray” klubunda icarə əsasında çıxış edən 32 yaşlı hücumçunun özü açıqlama verib.

Təcrübəli forvard deyib: “Bu, mənim üçün yeni olmasa da, xoşagəlməz haldır. Çox danışmaq istəmirəm. Hər halda məni başa düşərsiniz”.

Moratanın həyat yoldaşı Alisa Kampello da hədələrlə üzləşib. O, mesajlardan birini göstərib: “Küçədə görsəm, ərini öldürəcəyəm”.

Kampello mesaja belə şərh verib: “İnsanlar ağıllarını itiriblər”.

Qeyd edək ki, əsas vaxtı 2:2 hesabı ilə bitən final matçının əlavə vaxt bölümündə qol vurulmayıb. Penaltilər seriyasında İspaniya yığmasından yalnız Alvaro Morata dəqiq olmayıb. Portuqaliya isə bütün penaltiləri dəqiq yerinə yetirərək, 5:3 hesablı qələbə qazanıb və tarixində ikinci dəfə Millətlər Liqasının qalibi olub.\oxu.az/


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv