Salyanda qızı qaçıranlar onun atasının başını yardılar

Salyanda qızı qaçıranlar onun atasının başını yardılar






presstv

"Presstv"az #Ailə, #Avto, #Bakı, #Cinayət işi, #Hadisə, #Lənkəran, #Salyan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Salyanda zorla qız qaçırdıqlarına və həmin qızın atasına ağır xəsarət yetirdiklərinə görə təqsirləndirilən Abdullah İbişov, Zabil Mehrəliyev və Rəvan Məmmədovun (ad və soyad şərtidir – red.) Cinayət Məcəlləsinin 144.2.3 (adam oğurluğu bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə başladılan cinayət işinin məhkəməsi yekunlaşıb.

presstvaz xəbər verir ki, Lənkəran Ağır Cinayətlər məhkəməsində keçirilən son prosesdə təqsirləndirilənlərə hökm oxunub. Hökmə əsasən, Abdullah İbişov və Zabil Mehrəliyevin hər biri 8 il 3 ay müddətinə azadlıqdan məhrum ediliblər. Rəvan Məmmədov isə 3 il sınaq müddəti olmaqla şərti cəza alıb.

Qeyd edək ki, hadisə 2024-cü ilin iyununda Salyan rayonunun Peyk kəndində baş verib. Kənd sakini Abdulla İbişov dostları Zabil və Rəvanla görüşərək onlardan sevdiyi qızın qaçırılmasına yardım etmələrini istəyib. O buna görə qızla yanaşı anasının da məlumatlı olduğunu dostlarına deyərək onların arxayın hərəkət etmələrini istəyib.

Onlar planlaşdırıldığı kimi Ləmanın yaşadığı ünvana gələrək qarşılarına çıxan ev sahibi Ələskər İmanova özülərini “elektrik şəbəkəsi”nin işçiləri kimi təqdim edərək əvvəlcə içməyə su istəyiblər. Ev sahibi gedib çağırılmamış qonaqlara su gətirib. Abdullah suyu içdikdən sonra stəkanı Ələskərin başına vuraraq onun tutub saxlanılmasını Zabilə həvalə edib. Ev sahibini müqavimətsiz vəziyyətə gətirdikdən sonra Abdullah evə daxil olaraq zorla Ləmanı evdən çıxararaq avtomobilə əyləşdirib. Bundan sonra hər üçü hadisə yerindən uzaqlaşaraq Abdullanın yaşadığı evə gəlib qızı Abdullanın anasına təhvil veriblər.

Daha sonra Abdulla qızın ailəsinin polisə şikayət etdiyini bilib Salyanı tərk edərək Bakıya qaçıb. Polisin keçirdiyi əməliyyat nəticəsində hadisədə iştirak etmiş hər üç şəxs saxlanılaraq istintaqa cəlb edilib.\oxu.az/


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv