Kevin De Bruynenin “Napoli”də alacağı maaş bəlli oldu

Kevin De Bruynenin “Napoli”də alacağı maaş bəlli oldu






presstv

"Presstv"az #Belçika, #Futbol, #İngiltərə, #İtaliya, #Mançester Siti

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İngiltərə təmsilçisi “Mançester Siti”nin futbolçusu Kevin De Bruynenin İtaliyanın “Napoli” klubu ilə müqaviləsinin detalları bəlli olub.

presstvaz “Il Mattino” nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı belçikalı yarımmüdafiəçi Neapol komandasına keçməyə razılıq verib və yeni kollektivə yaxın günlərdə qoşulacaq.

De Bruyne “Napoli” ilə 2 illik müqavilə imzalayıb, əlavə olaraq bir mövsüm uzadılma imkanı da var. Onun illik maaşı 5 milyon avro təşkil edəcək.

De Bruynenin “Mançester Siti” ilə müqaviləsi 30 iyun tarixində başa çatır və bundan sonra o, azad agent olacaq.

Qeyd edək ki, Kevin De Bruyne “şəhərlilər”ə 2015-ci ilin yayında “Volfsburq”dan transfer olunub. Bu müddət ərzində o, “Mançester Siti” ilə birlikdə 18 kubok qazanıb. Ötən mövsümdə De Bruyne “Mançester Siti”nin heyətində 40 oyuna çıxaraq 6 qol vurub və 8 məhsuldar ötürmə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv