Ermənistanda qarşıdurmanın yeni mərhələsi: Paşinyan kilsəni zərərsizləşdirə biləcək?

Ermənistanda qarşıdurmanın yeni mərhələsi: Paşinyan kilsəni zərərsizləşdirə biləcək?






presstv

"Presstv"az #ATƏT-in Minsk Qrupu, #Azərbaycan, #Bakı, #Ermənistan, #Hakim, #İrəvan, #Milli Məclis, #Müharibə, #Münaqişə, #Nikol Paşinyan, #Rusiya, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Erməni kilsəsi ilə baş nazir Nikol Paşinyan arasındakı gərginlik növbəti mərhələyə qədəm qoyub. Kilsə və keşişlər Paşinyanı taxtdan salmaq üçün mübarizədən vaz keçmək istəmirlər. 2024-cü ildə keşiş Baqrat Qalstanyanla başlayan ədavət erməni apostol kilsəsinin tamamilə ayaqlanması ilə yeni və yekun mübarizəyə start verir. Hətta keçmiş prezident Levon ter-Petrosyan da kilsəyə dəstəyini ifadə edərək Paşinyana qarşı çıxıb. Nəzərə alsaq ki, kilsə erməni cəmiyyəti və iqtidarına həmişə təzyiq və təsiri ilə seçilib, siyasi proseslərdən kənarda qalmayıb, hətta erməni revanşizminin qığılıcımı rolunda çıxış edib, indi Paşinyanın kilsəyə qarşı hücuma keçməsi və proseslərə müdaxiləsini məhdudlaşdırmaq cəhdi tərəflər arasında “olum, ya ölüm” mərhələsinə qədəm qoyub.

Milli Məclisin deputatı Aydın Mirzəzadə presstvaz-a açıqlamasında bildirib ki, erməni kilsəsi Ermənistanda dövlət içində dövlət deyil, dövlətin üzərində bir dövlətdir:

“Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, kilsə həmişə öz diqtəsini edir və öz xarakterinə görə, dini təşkilatdan daha çox aqressiv, mürtəce, qonşu dövlətlərə qarşı həmişə irticaçı siyasəti ilə fərqlənən bir siyasi strukturdur. Bu gün Ermənistan administrasiyası ilə erməni kilsəsi arasında münaqişə yəqin ki, Paşinyan hökumətinin kilsənin təsirindən azad olunmaq istəyi ilə bağlıdır. Amma bu o demək deyil ki, onlar kilsədən fərqli siyasət yeridəcəklər. Sadəcə olaraq, konstitusiya ilə onlara verilmiş səlahiyyətləri heç kəsin diktəsi olmadan özləri həyata keçirməyə çalışırlar. Ermənistan cəmiyyəti kilsəyə çox bağlıdır və birdən-birə onun təsirindən çıxmaq çox çətin olacaq”.

Prosesin Ermənistan-Azərbaycan münasibətlərinə təsirindən danışan deputat vurğulayıb ki, istənilən halda, Bakının gözləntisi İrəvanla normal qonşuluq münasibətləri qurmaqdan ibarətdir və bunun üçün haqlı tələblərimiz yerinə yetirilməlidir:

“Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən maddələr aradan qaldırılmalıdır. Eyni zamanda, ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı birgə müraciət olunmalıdır. Bundan sonra isə iki ölkə arasında normal qonşuluq münasibətləri qurula bilər”.

Mövzu ilə bağlı presstvaz-a danışan siyasi şərhçi Oqtay Qasımov erməni cəmiyyətində kilsənin mühüm rola malik olduğunu bildirib:

“Kilsə tarix boyu erməni faşizminin ideoloji mərkəzi rolunu oynayıb, eyni zamanda, terrorçuların ideoloji hazırlığı və terror əməllərini planlaşdıran bir institut olaraq fəaliyyət göstərib. Tarix boyu erməni kilsəsinin hansısa bir din xadiminin erməni cəmiyyətinə yalnız ruhani-mənəvi məsələlərlə bağlı danışdığı ilə bağlı faktlar yoxdur. Xüsusi ilə də son 35-40 ildə biz erməni kilsəsinin erməni cəmiyyətini savaşa, Azərbaycana, azərbaycanlılara, Türkiyəyə qarşı səfərbər etməyə çalışdığının şahidi olmuşuq. Son beş ildə də Ermənistan hakimiyyəti ilə kilsə arasında münasibətlər gərgin olaraq qalmaqdadır və hazırda bu gərginlik yüksək səviyyə qədəm qoyub”.

“Keçən il kilsənin başladığı hərəkat uğursuzluqla nəticələndi və Paşinyan da çox yaxşı bilir ki, hal hazırda o, siyasi müxalifəti xeyli dərəcədə zəiflədib və onların Ermənistan hökümətinə təsiri, o cümlədən çevriliş imkanları kifayət qədər məhdudlaşıb. Ən ciddi problem yaradacaq qüvvə faktiki olaraq erməni kilsəsidir. Ermənistanın keçmiş dövlət rəhbərlərinin hamısı keşişləri birmənalı şəkildə dəstəkləyib və kilsənin rolu konstitusiya ilə təsbit olunub. Bu, Ermənistanda gələcək illərdə kifayət qədər mürəkkəb vəziyyətin olacağının göstəricisidir”, – deyə şərhçi vurğulayıb.

Müsahibimiz düşünür ki, Paşinyan da kilsəyə qarşı kifayət qədər ciddi tədbirlər görməkdədir və ona qarşı ideoloji müharibəyə başlayıb:

“Bu baxımdan, kilsənin Paşinyanı devirmək üçün resurslarının yetərli olacağını hesab etmirəm. Nəzərə alsaq ki, erməni kilsəsinin xüsusilə də Eçmiədzin (Erməni Qriqorian Kilsəsinin baş kafedralı) arxasında Rusiya dayanıb və heç təsadüfi deyil ki, Paşinyan da bir müddət əvvəl məhz Moskva tərəfindən kilsəyə tapşırıq verildiyini bəyan etmişdi. Deməli, parlament seçkisinin keçiriləcəyi dövrə qədər gərginlik artan istiqamətdə davam edəcək. Amma hazırkı imkanlar baxımından kilsənin və müxalifətin Paşinyanı devirmək üçün çox da böyük resursları yoxdur”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv