ABŞ-də maraqlı hadisə: Balıqçı “oğurluq edən” köpəkbalığından qisas aldığı üçün həbs edildi

ABŞ-də maraqlı hadisə: Balıqçı “oğurluq edən” köpəkbalığından qisas aldığı üçün həbs edildi






presstv

"Presstv"az #ABŞ, #Köpəkbalığı hücumu, #Odlu silah

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin Florida ştatında köpəkbalığına bıçaqla hücum edən balıqçı həbs edilib. Onun bu hərəkətinin videosu sosial şəbəkədə yayılıb və gündəm olub.

presstvaz bildirir ki, bu barədə “New York Post” nəşri məlumat verib.

Məlumata görə, mayın 22-də köpəkbalığına bir neçə bıçaq zərbəsi vuran 26 yaşlı Zeyn Qarret adlı şəxs heyvanlara qarşı qəddar davranışda ittiham olunub.

ABŞ sakinlərindən biri videonu görüb və təhlükəsizliklə bağlı narahatlıqları əsas gətirərək, bu barədə Florida Vəhşi Təbiəti Mühafizə Komissiyasına məlumat verib.

“Bəli, bu mənəm”, – deyə səlahiyyətlilər köpəkbalığı hücumunun görüntülərini ona göstərəndə Qarret etiraf edib.

Zeyn iddia edib ki, balıqçıların öz ovlarını qorumaq üçün istifadə etdikləri tipik üsulu tətbiq edib. Onun sözlərinə görə, bıçaq zərbəsi digər köpəkbalıqlarını qorxutmalı idi.

Daha sonra o etiraf edib ki, yırtıcı onun “balığını oğurlayıb və daim ona mane olub”, bu səbəbdən də “intiqam aktı” olaraq köpəkbalığını bir neçə dəfə bıçaqlayıb.

Eyni zamanda, Qarret qeyd edib ki, bu heyvanı başına bir bıçaq zərbəsi vurmaqla öldürmək mümkün deyil. O, əvvəllər odlu silahla daha çox köpəkbalığı öldürdüyünü bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv