Səkkiz dəqiqə ölü qalan qadın gördüklərindən danışdı

Səkkiz dəqiqə ölü qalan qadın gördüklərindən danışdı






presstv

"Presstv"az #Jurnalistlər

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

33 yaşlı amerikalı Brianna Laferti səkkiz dəqiqə ərzində öldüyünə inanır. O hesab edir ki, bu təcrübə ona bir sıra vacib məsələləri dərk etməyə kömək edib.

presstvaz xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Jurnalistlər qadının uzun müddət ağır nevroloji xəstəliklə mübarizə apardığını və bir anda huşunu itirdiyini, 8 dəqiqə ərzində kliniki ölüm vəziyyətində olduğunu açıqlayıblar.

Qadın özü isə deyir ki, bu vəziyyətinə baxmayaraq, şüuru “onunla birlikdə ölməyib”.

“Ölüm bir illüziyadır, çünki ruhumuz heç vaxt ölmür. Şüurumuz canlı olaraq qalır, sadəcə olaraq mahiyyətimiz transformasiya olunur. Mən öz insan kimliyimi görmürdüm və ya xatırlamırdım. Mən tamamilə hərəkətsiz idim, lakin özümü tamamilə canlı, şüurlu və əvvəlkindən daha yaxşı hiss edirdim”, – xanım Laferti bildirib.

O, hazır olub-olmadığını soruşan bir səs eşidib, sonra hər tərəf qaralıb. Bu an ona elə gəlib ki, ruhu cansız bədəninin üzərinə qalxıb və zamanın ölçüsü olmayan bir dünyaya qədəm qoyub.

“Mən qəflətən fiziki bədənimdən ayrıldım. Heç bir ağrı yox idi, sadəcə olaraq dərin dinclik və rahatlıq hissi var idi. Fiziki formamdan qopma mənə insan kimi həyatımızın nə qədər müvəqqəti və kövrək olduğunu dərk etdirdi”, – qadın deyib.

Sonra o, insan kimi görünməyən, lakin qəribə bir şəkildə tanış gələn başqa varlıqlarla tanış olub. Brianna əmindir ki, onu bu səyahətində “daha ​​yüksək intellekt” müşahidə edib.

“Bizə yol göstərən və qeyd-şərtsiz məhəbbətlə bizi izləyən bizdən yüksək bir varlıq və ya zəka var. Düşüncələrim dərhal reallaşdı. Mən anladım ki, bizim düşüncələrimiz oradakı reallığı formalaşdırır”, – xanım Laferti etiraf edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv