Əgər beyin sağlamlığınız vacibdirsə, qalstuk taxarkən iki dəfə düşünün!

Əgər beyin sağlamlığınız vacibdirsə, qalstuk taxarkən iki dəfə düşünün!






presstv

"Presstv"az #Almaniya, #Araşdırma, #Barak Obama, #Çin, #Kitab, #Nyu-York, #Sağlamlıq, #Siqaret

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ənənəvi iş həyatının ayrılmaz hissəsi olan qalstukun beyinə gedən qan axınını azalda biləcəyi aşkarlanıb.

presstvaz hit.az-a istinadən xəbər verir ki, yeni tədqiqatlar bu vəziyyətin bəzi sağlamlıq problemlərinə səbəb ola biləcəyinə diqqət çəkir.

Qalstuklar uzun illərdir ki, iş dünyasının və rəsmi tədbirlərin ayrılmaz hissəsi kimi peşəkarlıq və tərz simvolu qəbul edilir. Lakin son tədqiqatlar qalstuk taxmağın sağlamlıq üzərində düşündürücü bir təsiri də ola biləcəyini göstərir.

2018-ci ildə dərc edilən bir araşdırma, qalstukun boyundakı qan axınını məhdudlaşdıraraq beynin kifayət qədər oksigenlənməsinin qarşısını ala biləcəyini ortaya qoyub. Bu vəziyyət bəzi insanlarda baş ağrısı, başgicəllənmə və ürəkbulanma kimi narahatlıqlara səbəb ola bilər.

Qalstukdan istifadə Çinin Qin sülaləsi dövrünə qədər uzanır. O dövrdə Qin Şi Huangın ordusundakı əsgərlər boyunlarında oxşar bir bağ istifadə edirdilər. Müasir dövrdə isə qalstuk iş həyatında peşəkarlığı simvollaşdırmaqla yanaşı, insanın tərzini və sosial statusunu əks etdirməyin də bir yolu kimi görünür.

Moda və psixologiya sahəsində mühüm yer tutan Con T. Molloy 1975-ci ildə dərc etdirdiyi "Uğur üçün Geyim" (Dress for Success) adlı kitabında "Mənə bir kişinin qalstuklarını göstərin, sizə onun kim olduğunu və ya kim olmağa çalışdığını deyim" deyərək qalstukun sosial mesajına diqqət çəkmişdi.
Ətraflı

Nyu-York Göz və Qulaq Xəstəxanasından Robert Riçin qalstuk taxmağın göz daxili təzyiqini artıra biləcəyi istiqamətindəki işlərindən sonra Almaniyadakı Şlezviq-Holşteyn Universitet Xəstəxanasından Robin Lüddekke və komandası qalstukun beyinə gedən qan axını üzərindəki təsirini öyrənmək üçün yeni bir araşdırma aparıb.

Araşdırmada 30 kişi iştirak etdi; 15-i qalstuk taxarkən, digər 15-i qalstuk taxmırdı. İştirakçıların beyin qan axını maqnit rezonans görüntüləmə (MR) üsulu ilə ölçülüb. Nəticələr qalstuk taxan kişilərdə beyinə gedən qan axınında orta hesabla %7,5-lik azalma olduğunu göstərib. Qalstuk taxmayan qrup isə belə bir dəyişiklik yaşamayıb.

Bu azalma sağlam insanlarda ciddi problemlərə səbəb olmasa da, yüksək təzyiq, damar tıxanması, irəliləmiş yaş və ya siqaret çəkmək kimi risk amilləri daşıyan insanlar üçün potensial sağlamlıq riski yarada bilər.

Qalstuklar təkcə fiziki təsirləri ilə deyil, həm də gigiyena baxımından da tənqid olunur. Çünki tez-tez istifadə olunan qalstukların mikroblar üçün yuva ola bilmə ehtimalı var. Buna görə də bəzi məşhur şəxslər, xüsusən də Riçard Brenson, Barak Obama və Stiv Cobs kimi liderlər qalstuk taxmaqdan imtina edərək daha rahat və sağlam seçimlər etməyi üstün tutublar.

Nəticə etibarilə, qalstuk taxmaq təkcə estetik və sosial bir seçim olmaqdan çıxıb, sağlamlıq baxımından da nəzərə alınmalı bir məsələ kimi qiymətləndirilə bilər. Yeni araşdırmanın təfərrüatları "Neuroradiology" jurnalında dərc edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv