Rusiya türk dövlətinə hücuma hazırlaşır?

Rusiya türk dövlətinə hücuma hazırlaşır?






presstv

"Presstv"az #Azərbaycan, #Çin, #Hadisə, #Hərbi təlimlər, #Müharibə, #Qazax, #Qazaxıstan, #Rusiya, #Türkiyə, #Ukrayna, #Vətən müharibəsi, #Volodimir Zelenski

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın növbəti hədəfinin Qazaxıstan ola biləcəyini söyləmişdi. Bu açıqlamadan çox keçməmiş Qazaxıstan səmasında Rusiyaya məxsus "Oreşnik" raketinin görüntülənməsi xəbərləri yayıldı. Bu hadisə Rusiyanın Qazaxıstana hərbi hücuma başlamaq niyyətində olduğuna dair suallar doğurub.

Politoloq İlyas Hüseynov metbuat.az-a açıqlamasında bildirib ki, Zelenskinin Rusiyanın növbəti hədəfinin Qazaxıstan olacağını qeyd etməsi səbəbsiz deyil:

"Çünki Rusiyanın daxilində müxtəlif imperialist mövqelər mövcuddur və xüsusilə hazırkı dövrdə bu ideyaları reallaşdırmaq üçün bəzi strateqlər düşünür ki, münbit şərait yaranıb. Dünyada baş verən proseslər fonunda yeni dünya nizamının formalaşması zamanı Rusiya öz imperiya maraqlarını təmin etmək üçün aqressiv davranış sərgiləyə bilər. Bu baxımdan Ukraynadan sonra Qazaxıstanın hədəf seçilməsi ilə bağlı proqnozlar əvvəldən var idi və artıq bunun bəzi işartıları da görünməkdədir".

İ.Hüseynov Qazaxıstanda hazırda vəziyyətin fərqli olduğunu hesab edir:

"Baxmayaraq ki, bir neçə il öncə dövlət çevrilişinə cəhd həyata keçirilmişdi və sonrasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvləri bu qiyamı yatırmaq üçün ölkəyə hərbi kontingent göndərmişdi. Ardınca KTMT qüvvələri Qazaxıstanı tərk etdi. Burada xüsusilə Çinin mövqeyi həlledici oldu və bir çox fikirlər bundan ibarətdir ki, Çinin bu məsələdəki mövqeyinin ifadəsindən sonra KTMT qüvvələrinin Qazaxıstanı tərk etməsi baş verdi".

Politoloqun sözlərinə görə, Qazaxıstan üzərində Rusiyanın dominant olması, hərbi güc tətbiq etməsi mümkün olmayacaq:

"Ona görə ki artıq Qazaxıstanda formalaşmış dövlətçilik ənənələri mövcuddur. Həmçinin qonşu dövlətlərin region üzərində maraqları və təhlükəsizlik sisteminin formalaşması prosesi də gedir. Məsələn, Türkiyənin və Mərkəzi Asiyanın türkdilli dövlətlərinin Qazaxıstanla tez-tez birgə hərbi təlimlər keçirməsi bu ölkənin infrastruktur layihələrinin mühafizəsi baxımından əhəmiyyətlidir. Eyni zamanda bu təlimlər müstəqilliyin, ərazi bütövlüyünün və suverenliyin təminatı baxımından da diqqət çəkir. Bu baxımdan, əlbəttə ki, Rusiyanın Qazaxıstana qarşı güc tətbiq etməsi arzuolunmaz bir ssenaridir. Mən bunun baş verəcəyini istisna edir və eləcə də bunu arzuolunmaz bir addım hesab edirəm. Amma hər şey mümkündür".

İ.Hüseynov qeyd edib ki, Qazaxıstan öz müdafiəsini və təhlükəsizliyini preventiv tədbirlər vasitəsilə ən yüksək səviyyədə təmin etməlidir:

"Çünki Qazaxıstan bizə dost Türk Dövlətləri Təşkilatında həmrəy tərəfdaşdır və Vətən müharibəsində də Azərbaycana açıq şəkildə dəstək vermiş bir dövlətdir. Bütün məsələlər, əlbəttə ki, sülh, danışıqlar və dinc yolla həll olunmalıdır və mən ümid edirəm ki, belə də olacaqdır".


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv