Bakı bulvarında sakinləri narahat edən kəskin qoxu – Səbəbləri nələrdir?

Bakı bulvarında sakinləri narahat edən kəskin qoxu – Səbəbləri nələrdir?






presstv

"Presstv"az #Araşdırma, #Bakı, #dənizdə, #Xəzər dənizi, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yosunlar, lil və digər bioloji qalıqlar. Ətraf tullantılarla dolu, qarışıq qoxudan ərazidə ayaq saxlamaq mümkün deyil. Qumluq əraziləri isə alaq otu və qamışlıq basıb.

presstvaz Xəzər TV-yə istinadən məlumat verir ki, söhbət Dənizkənarı bulvarda Bayraq meydanının yaxınlığından, Xəzər dənizinin sahilboyu ərazilərindən gedir.

Dəniz suyunun çəkilməsi nəticəsində üfunətin yayılması yolunu bulvardan salan şəhər sakinlərini də narahat edir. Suyun çəkilməsi sahil zolağında dəniz dibindəki çöküntüləri də üzə çıxarıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsindən bildirilib ki, Bakı buxtasının Ağ şəhər ərazisindən Dövlət bayrağı meydanınadək olan sahil zolağında neft ləkələrinin müşahidə olunması, iy və qoxunun ətrafa yayılması halları baş verir. Aparılan monitorinqlər zamanı sözügedən ərazilərdə sahilboyu müşahidə olunan neft ləkələrinin tərkibinin və çirkləndirilmə səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə dənizdən və çirklənmiş torpaqdan nümunələr götürülüb, hazırda araşdırmalar davam etdirilir.

Ətraflı süjetdə:

 

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv