Kubalı reper şəkil çəkmək istəyən fanatını qaçıraraq qarət edib

Kubalı reper şəkil çəkmək istəyən fanatını qaçıraraq qarət edib






presstv

"Presstv"az #Avto, #Hadisə, #Kuba, #Odlu silah

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Kubalı reper “Chocolate MC” (Yosvanis Sierra Hernandez) pərəstişkarına tapança ilə hücum edib, onu qaçırıb, sonra isə qarət edib.

presstvaz xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

Məlumata görə, buna səbəb fanatının məşhurla şəkil çəkdirmək istəyi olub.

Reper pərəstişkarını ticarət mərkəzinin dayanacağına aparıb, odlu silahı zərərçəkənin sinəsinə dayayıb və avtomobilini təhvil verməyə məcbur edib.

Musiqiçi fanatından nağd pul da tələb edib, bu olmadıqda isə reper pul köçürməsi üçün ona nömrəsini verib.

Hekayə bununla da bitməyib. “Chocolate MC” pərəstişkarını silah gücü ilə sürücü kimi işlədib, onu avtomobilini bir neçə ünvana sürməyə məcbur edib.

Hazırda Sierra Hernandez silahlı soyğunçuluq və silahla adam oğurluğu üzrə ittiham edilir.

Qeyd edək ki, bu, reperlə bağlı ilk cinayət hadisəsi deyil. O, keçmiş sevgilisini oğurlamaqda və zorlamada da ittiham olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv