ABŞ-də dəhşətli ölüm: Parazitlər burnunu krandan su ilə yuyan qadının “beynini yedilər”

ABŞ-də dəhşətli ölüm: Parazitlər burnunu krandan su ilə yuyan qadının “beynini yedilər”






presstv

"Presstv"az #ABŞ, #Avto, #Hadisə, #Həkim, #Texas ştatı, #Vəfat edib

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ sakini “beyin yeyən” amöb-parazitin yaratdığı nadir infeksiyaya yoluxub. İnfeksiya krandan gələn su vasitəsilə orqanizmə daxil olub.

presstvaz-ın xəbərinə görə, bu barədə “Daily Record” nəşri yazıb.

Məlumata görə, Texas ştatında yaşayan 71 yaşlı qadın avtoevdə burnunu kran suyu ilə yuyub. Nəticədə “Naegleria fowleri” amöbü burun keçidlərindən onun beyninə daxil olub və “beynini yeyib”. Bu isə ilkin amöb meningoensefalit xəstəliyinə səbəb olub.

Əlamətlər dördüncü gündə özünü göstərib: xəstənin temperaturu yüksəlib, baş ağrıları və huşun bulanıqlığı müşahidə olunub. Həkimlərin səylərinə baxmayaraq, xəstədə beyin ödəmi yaranıb. Analizlər onurğa beyni mayesində təhlükəli mikroorqanizmin olduğunu təsdiqləyib. Qadını xilas etmək mümkün olmayıb – o, xəstəliyin səkkizinci günündə vəfat edib.

“Bu hadisə burnun yuyulması üçün yalnız steril sudan istifadənin vacibliyini vurğulayır”, – deyə Texas Səhiyyə Departamentindən bildirilib.

Qurum əlavə edib ki, içməli su təhlükəsizdir, çünki amöb beyinə yalnız burun keçidləri vasitəsilə daxil ola bilir.

Qeyd edək ki, ABŞ-də hər il, əsasən yay aylarında 2-3 belə hal qeydə alınır. 1962-ci ildən bəri yalnız 160 yoluxma faktı aşkar edilib və onlardan yalnız bir neçəsi sağ qalıb. Texas bu infeksiya üzrə ən əlverişsiz ştatlardan biri hesab olunur.

Mütəxəssislər ilıq şirin su hövzələrində çimməkdən çəkinməyi və burnu yumaq üçün yalnız distillə edilmiş və ya qaynadılmış sudan istifadə etməyi tövsiyə edirlər. Dəniz suyu isə təhlükəsiz sayılır, çünki amöb orada yaşamır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv