Naxçıvan Konstitusiyası dəyişir – Sənəd Milli Məclisə təqdim olunacaq

Naxçıvan Konstitusiyası dəyişir – Sənəd Milli Məclisə təqdim olunacaq






presstv

"Presstv"az #Azərbaycan, #Milli Məclis, #Naxçıvan Muxtar Respublikası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mayın 21-də keçirilmiş iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” qanun layihəsi ikinci oxunuşda səsverməyə çıxarılıb və qəbul olunub. Bununla da Muxtar Respublikanın Konstitusiyasının dəyişdirilməsi ilə bağlı ilk mərhələ yekunlaşıb.

presstvaz-ın xəbərinə görə, Milli Məclisin deputatı Müşfiq Cəfərov Modern.az-a açıqlamasında bildirib ki, buna baxmayaraq, hələ qarşıda iki prosedur qalıb:

“Ali Məclisin sədri qanunu imzalamalı və təsdiq olunmaq üçün Azərbaycan Milli Məclisinə təqdim etməlidir. Təbii ki, ərazi bütövlüyü təmin olunan dövlətimizin idarəetmədə müəyyən dəyişiklik etməsi gözlənilən idi. Baş verən proseslərdən sonra Naxçıvan Konstitusiyasında da dəyişikliklərə ehtiyac duyulurdu. Əslində, son beş ildə belə bir zərurət yaranmışdı. Ali Məclisin sessiyasında da həmin məsələlərə baxıldı və sənəd ikinci oxunuşda qəbul edildi. Artıq layihə Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunacaq”.

Deputat söyləyib ki, Naxçıvan Ali Məclisində hansı islahatların və dəyişikliklərin olacağı ilə bağlı detalları hələ ki söyləmək mümkün deyil:

“Çünki layihə Milli Məclisə təsdiq üçün göndərildikdə dəyişikliklərlə tanış ola biləcəyik. Ona görə də bu məsələnin detalları ilə bağlı əlavə nəsə söyləyə bilmərəm”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv