Qərbi Avropada son 70 ildə ən böyük difteriya epidemiyasının səbəbi məlum oldu

Qərbi Avropada son 70 ildə ən böyük difteriya epidemiyasının səbəbi məlum oldu






presstv

"Presstv"az #Avropa, #Bakteriya, #Epidemiya, #Əfqanıstan, #Suriya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Paster İnstitutunun alimləri və “Sante publique France”ın epidemioloqları belə qənaətə gəliblər ki, Qərbi Avropada son 70 ildə ən böyük difteriya epidemiyası miqrantların getdikləri yol boyunca olduqları ölkələrdə başlayıb.

presstvaz xəbər verir ki, tədqiqatın nəticələri “New England Journal of Medicine” (NEJM) jurnalında dərc edilib.

Tədqiqat Avropanın 10 ölkəsində aparılıb və nəticədə 360-dan çox yoluxma halı müəyyən edilib. Jurnalın məlumatına görə, xəstələrin demək olar ki, hamısı orta hesabla 18 yaşındakı kişilərdir və onların 96%-i yeni gələn miqrantlar olub.

Mütəxəssislərin fikrincə, infeksiyanın əsas təzahür forması dəridə biruzə verib – 77%, daha ağır hallarda tənəffüs çətinliyi müşahidə edilib – təxminən 15%.

Genetik analiz aparılıb ki, bu zaman “Corynebacterium diphtheriae” bakteriyasının ştammları arasında yüksək dərəcədə oxşarlıq aşkar edilib. Bakteriyaların aşkar edilməsi halları xəstələrin mənşə ölkəsindən asılı olmayıb, bu, onların eyni yerlərdə, – çox güman ki, miqrasiya yolları boyunca və ya getdikləri yerlərdə yoluxduğunu göstərir. Əvvəllər epidemiyanın Əfqanıstan və ya Suriyada başladığı hesab olunurdu ki, yoluxma hallarının əksəriyyəti də burada baş verib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv