Azərbaycanlı pilot Portuqaliyada keçirilən yarışda mükafatlandırılıb

Azərbaycanlı pilot Portuqaliyada keçirilən yarışda mükafatlandırılıb






presstv

"Presstv"az #Azərbaycan, #Formula-1, #Həkim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanlı pilot Davin Cəfərov Portuqaliyada keçirilən kartinq üzrə açıq çempionatda iştirak edib.

presstvaz xəbər verir ki, üç ölkədən 22 pilot Palmela beynəlxalq trekində X30 kateqoriyasında birincilik uğrunda yarışıb. Davin ilk mərhələdə qəza ilə üzləşib. Yarımfinalda 80 km/saatla hərəkət edərkən arxadan gələn digər pilot vaxtında əyləcdən istifadə etmədiyinə görə Davinin idarə etdiyi kartın arxa təkərinə toxunub. Yarışda müvəqqəti fasilə yaranıb.

Xəstəxanaya aparılan Davin Cəfərovda heç bir sınıq və baş zədəsi aşkar olunmadığından idmançının istəyi və həkimlərin razılığı ilə final mərhələsində iştirakına icazə verilib. Davin final mərhələsinə 17-ci sıradan başlamasına baxmayaraq, yekun sıralamada 9-cu olmağı bacarıb.

Final mərhələsinə ağrıkəsici qəbul edərək qatılan idmançımıza əzmkarlığına və səkkiz təcrübəli rəqibini geridə qoyduğuna görə “Birel Art” komandasının Portuqaliya üzrə direktoru Nuno İqnasio tərəfindən “sürətli pilot” medalı təqdim olunub.

16 yaşını sentyabrda qeyd edəcək D.Cəfərov daha öncə EK125 CC kateqoriyası üzrə Portuqaliya Kubokunun qalibi olub. Beynəlxalq dərəcəli peşəkar kartinq pilotu olan Davin Portuqaliyada “Birel Art” komandasının şərəfini qoruyur. “Birel” Lyuis Hemilton, Niko Rosberq kimi “Formula-1” ulduzlarını kəşf edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv