Paşinyan qondarma “erməni soyqırımı” “qurban”larının SİYAHISINI İSTƏYİR

Paşinyan qondarma “erməni soyqırımı” “qurban”larının SİYAHISINI İSTƏYİR






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ermənistan hökuməti qondarma “erməni soyqırımı”nın “qurban”larının siyahısını yoxlamağı təklif edib.

presstvaz  Trend-ə istinadən bildirir ki,  bu barədə erməni KİV məlumat yayıb.

Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxında ölkənin hakim “Vətəndaş müqaviləsi” partiyasının gənclik qolu ilə görüşdə 1915-ci il hadisələrindən danışarkən “soyqırımı” sözündən bir dəfə də istifadə etməyib, bunun əvəzinə “böyük faciə” və “qırğın” sözlərini işlədib.

Qeyd edək ki, Paşinyanın bu çıxışı Ermənistan ictimaiyyətində və KİV-də böyük qalmaqala səbəb olub.

Bundan sonra Paşinyanın siyasi tərəfdaşı, deputat Andranik Koçaryan qondarma “erməni soyqırımı”nın “qurban”larının tam siyahısını hazırlamağı təklif edib.

Onun sözlərinə görə, Paşinyanın məqsədi qondarma “soyqırımı” ilə bağlı real əsasları formalaşdırmaq və “soyqırımı qurbanları”nın siyahısını daha obyektiv etməkdir.

“Bəlkə, onların sayı 1,5 milyondan çox və ya azdır”, – deyə Koçaryan əlavə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv