Rusiyanın Ukrayna ilə sülh üçün şərtləri açıqlandı

Rusiyanın Ukrayna ilə sülh üçün şərtləri açıqlandı






presstv

"Presstv"az #Ailə, #Kiyev, #Rusiya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyanın sülh təklifləri Ukraynada seçkinin keçirilməsini və daha sonra sülh müqaviləsinin imzalanmasını nəzərdə tutur.

presstvaz TASS-a istinadən xəbər verir ki, bu barədə Moskvanın Kiyevə təqdim etdiyi sülh təklifləri ilə bağlı memorandumda deyilir.

(function () {window._ttzi = 161; var adv_161_iad = document.createElement(“script”);adv_161_iad.src = “https://newmedia.az/nativevideo/get_ads.js?v=” + new Date().toJSON().slice(0,10).replace(/-/g,’.’);adv_161_iad.async = true;(document.body || document.head || document.documentElement).appendChild(adv_161_iad);adv_161_iad.onload = function(){adv_161_iad.parentNode.removeChild(adv_161_iad);}})();

Memoranduma görə, Krım, Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətləri Rusiyanın bir hissəsi kimi beynəlxalq səviyyədə tanınmalı, Ukrayna Silahlı Qüvvələri bu ərazilərdən tamamilə çıxarılmalıdır.

Sənədə əsasən, Rusiya 6 000 həlak olmuş hərbçinin cəsədini Ukrayna tərəfinə təhvil verdikdən dərhal sonra, yekun müqavilənin imzalanma tarixini özündə əks etdirən atəşkəs haqqında memorandum imzalanmalıdır.

Bundan sonra 30 günlük atəşkəs elan edilir, daha sonra seçki keçirilir, Ukrayna ərazisində dövlət orqanları formalaşdırılır, ardınca isə müqavilə imzalanır.

Rusiyanın tələbləri artasında digər müddəalar da yer alır:

– Ukraynanın neytrallığı, hərbi ittifaqlara qoşulmaqdan imtinası;

– Ukraynada digər dövlətlərin hərbi fəaliyyətinə qadağa;

– Ukraynanın qeyri-nüvə statusu, Ukrayna Silahlı Qüvvələrinin maksimum sayının müəyyənləşdirilməsi;

– Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiyaların ləğvi;

– Hərbi fəaliyyətlərdən dəymiş zərərlə bağlı iddialardan qarşılıqlı imtina;

– Rusdilli əhalinin hüquq və azadlıqlarının təmin edilməsi, nasizmin tərənnüm edilməsinə qadağa qoyulması;

– Ailələrin və köçkünlərin birləşməsi ilə bağlı bir sıra məsələlərin həlli;

– Diplomatik və iqtisadi əlaqələrin, o cümlədən qaz tranzitinin mərhələli şəkildə bərpası.

Rusiya sənədində, həmçinin vurğulanır ki, Rusiya ilə Ukrayna arasında sülh müqaviləsi BMT Təhlükəsizlik Şurasının qanuni qüvvəyə malik qətnaməsi ilə təsdiqlənməlidir. Yalnız bundan sonra müqavilənin ratifikasiyası, qüvvəyə minməsi və həyata keçirilməsi mümkündür.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv