Ərdoğan: “Qarabağ işğal yaralarını sürətlə sağaldır”

Ərdoğan: “Qarabağ işğal yaralarını sürətlə sağaldır”






presstv

"Presstv"az #Azərbaycan, #İlham Əliyev, #Nazirlər Kabineti, #Pakistan, #Rəcəb Tayyib Ərdoğan, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“28 May Azərbaycanın Müstəqillik Gününü Türkiyə Pakistan və Azərbaycanın əbədi qardaşlığına yaraşan bir şəkildə qeyd etdik”.

presstvaz xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabineti toplantısından sonra mətbuata açıqlamalarında bildirib.

O, Qarabağda aparılan sürətli yenidənqurma işlərindən də danışıb.

“Müzəffər lider, dövlət başçısı İlham Əliyevin səyləri ilə 30 illik işğaldan sonra Qarabağın hər yerində, sözün əsl mənasında, yenidənqurma və inkişaf səfərbərliyi yaşanır. Yollar, körpülər, tunellər, məskunlaşma yerləri və əkin sahələri ilə Qarabağ işğal yaralarını sürətlə sağaldır. Türkiyə olaraq biz də bütün bu işlərə dəstək veririk”, – deyə Ərdoğan qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv