Sadır Japarov İlham Əliyevi təbrik edib

Sadır Japarov İlham Əliyevi təbrik edib






presstv

"Presstv"az #Azərbaycan, #İlham Əliyev, #Qırğızıstan, #Təbrik

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

presstvaz President.az-a xəbər verir ki, təbrik məktubunda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Qırğız Respublikası xalqının adından və şəxsən öz adımdan Sizi və Azərbaycan Respublikasının xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm.

Sevindirici haldır ki, müstəqil Azərbaycan böyük uğurlar qazanıb, daxili və xarici məsələləri səmərəli şəkildə həll edərək bu gün yüksək mövqe tutur, beynəlxalq arenada böyük nüfuza malikdir.

Qırğızıstan ilə Azərbaycan arasında qardaşlıq və strateji tərəfdaşlıq sıx dostluq və qarşılıqlı hörmət əsasında inkişaf edir. Qəti əminəm ki, dövlətlərimiz arasında əməkdaşlıq iki qardaş xalqın rifahı naminə bundan sonra da uğurla inkişaf edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və əmin-amanlıq, Azərbaycan Respublikasının qardaş xalqına isə davamlı sülh və tərəqqi arzulayıram”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv