Ərdoğan: “Zəngəzur dəhlizi – türk dünyasına inteqrasiyanın yeni xəttidir”

Ərdoğan: “Zəngəzur dəhlizi – türk dünyasına inteqrasiyanın yeni xəttidir”






presstv

"Presstv"az #Azərbaycan, #Cənubi Qafqaz, #Ermənistan, #İran, #Jurnalistlər, #Nəqliyyat, #Rəcəb Tayyib Ərdoğan, #təyyarə, #Türkiyə, #Zəngəzur dəhlizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Zəngəzur dəhlizi Azərbaycan üçün yalnız Naxçıvanla quru əlaqəsi yaratmaq imkanı deyil, həm də Türkiyə vasitəsilə türk dünyasına inteqrasiyanın yeni xəttidir”.

presstvaz xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında səsləndirib.

Prezidentin sözlərinə görə, Zəngəzur dəhlizinin yaxın vaxtlarda açılması Cənubi Qafqazın nəqliyyat və enerji infrastrukturunu da möhkəmləndirəcək:

“Regionumuzda sülhə, təhlükəsizliyə və inkişafa xidmət edəcək bu addımları İranın da dəstəkləyəcəyinə ümid edirik”.

Ərdoğan həmçinin Türkiyənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və inkişaf istiqamətində atdığı addımları qətiyyətlə dəstəklədiyini vurğulayıb.

“O cümlədən, Azərbaycan və Ermənistan arasında sülh prosesi çərçivəsində atılan addımları da alqışlayırıq. Sülh sazişi mətninə dair razılaşma da sabitliyə doğru mühüm irəliləyişdir. Bu prosesin tezliklə başa çatmasını arzulayırıq”, – deyə Türkiyə prezidenti əlavə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv