Bu şəxslər eyni anda həm pensiya, həm sosial müavinət, həm də Prezidentin fərdi təqaüdünü ala bilərlər

Bu şəxslər eyni anda həm pensiya, həm sosial müavinət, həm də Prezidentin fərdi təqaüdünü ala bilərlər






presstv

"Presstv"az #Ailə, #Azərbaycan, #Əmək pensiyaları haqqında, #Müharibə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

"Azərbaycan vətəndaşlarının eyni anda iki əmək pensiyası alması mümkün deyil. Əmək pensiyaları haqqında qanunvericiliyə əsasən, şəxs yalnız bir növ əmək pensiyası ala bilər".

presstvaz xəbər verir ki, bu fikirləri hüquqşünas Turan Abdullazadə konkret.az-a açıqlamasında səsləndirib.

"Əgər vətəndaş bir neçə pensiya növünə, məsələn, yaşa, əlilliyə və ya ailə başçısını itirməyə görə təqaüd hüququ qazanarsa, onlardan yalnız birini seçə bilər. Adətən daha yüksək məbləğli pensiya növü seçimdə üstünlük təşkil edir".

Vəkil qeyd edib ki, "əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, müxtəlif pensiya hüququ olan şəxslərə yalnız bir növ əmək pensiyası təyin edilir və bu, onların istəyinə uyğun seçilir.

" Bununla yanaşı, bəzi istisnalar da mövcuddur. Müharibə əlilləri, şəhid ailələrinin üzvləri, birinci dərəcəli əlilliyi olan şəxslər həm əmək pensiyası, həm də sosial müavinət və Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin oluna bilərlər".

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv