Mahir Emreli: “İnsanlar məni görməzdən gəliblər”

Mahir Emreli: “İnsanlar məni görməzdən gəliblər”






presstv

"Presstv"az #Avropa, #Azərbaycan, #Futbol, #Jurnalistlər, #Mahir Emreli

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Hər zaman əlimdən gələnin ən yaxşısını etməyə çalışmışam”.

presstvaz xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Mahir Emreli jurnalistlərə açıqlamasında deyib.

O, bəzən işlərin yolunda getdiyini, bəzən isə çətinliklərlə üzləşdiyini bildirib:

“Bir çox insanlar məni görməzdən gəliblər. Şikayət etmirəm. Çalışmağa üstünlük verdim”.

Emreli insanların ondan gözləntilərinin çox olduğunu söyləyib: “Özümə bu cür motivasiya verməyə çalışıram”.

O, gələcək karyerası ilə bağlı danışıb: “Hansı komandada çıxış edəcəyim bəlli deyil. Özüm də gözləyirəm. Agentlər nə istədilərsə, etdim. Onlardan xəbər gözləyirəm. Ümid edirəm ki, qarşıdakı həftələrdə biləcəyəm”.

Forvard Bundesliqada çıxış etmək ehtimalı barədə danışıb: “Hansı doğru olsa, onu seçəcəyəm. Avropanın top 5 liqalarında oynamaq arzumdur. Ölkədən bu niyyətlə çıxmışam. Amma gözləməliyik”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv