Təbii sərvətlərin istifadəsi və investisiyası üzrə arbitraj simulyasiyası layihəsi keçiriləcək

Təbii sərvətlərin istifadəsi və investisiyası üzrə arbitraj simulyasiyası layihəsi keçiriləcək






presstv

"Presstv"az #Azərbaycan, #Ədliyyə Nazirliyi, #Google, #Münaqişə, #Naxçıvan Muxtar Respublikası, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

26-29 iyun tarixlərində Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Arbitraj Assosiasiyası və “Ədliyyə Könüllüləri” ictimai birliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında “Təbii sərvətlərin istifadəsi və məsuliyyətli investisiya üzrə arbitraj simulyasiyası” layihəsi həyata keçiriləcək.

Layihə beynəlxalq kommersiya hüququ, ətraf mühit hüququ və arbitraj sahəsində gənclərin nəzəri və praktiki biliklərini artırmaq məqsədi daşıyır. Simulyasiya formatında keçiriləcək tədbirdə iştirakçılar real beynəlxalq hüquq münaqişəsini təhlil edərək dövlət, investor və ictimaiyyət maraqlarını mübahisələndirmək imkanı əldə edəcəklər.

Layihədə hüquqşünaslıq, texniki təmayüllü ixtisaslar, beynəlxalq münasibətlər, menecment, politologiya, jurnalistika və iqtisadiyyat üzrə təhsil alan və ya yeni məzun olmuş 25 yaşadək gənclər iştirak edə bilərlər. Tədbirdə ümumilikdə 40 nəfərin iştirakı nəzərdə tutulur.

Qeydiyyatdan link vasitəsilə keçmək mümkündür.

Layihə gənclərə yalnız nəzəri bilik qazandırmaqla kifayətlənməyəcək, həm də onların arbitraj hüququ istiqamətindəki proseslərə peşəkar yanaşma bacarıqlarını formalaşdıracaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv