Azərbaycana uşaqları 6 xəstəlikdən qoruyan 25 milyon manatlıq peyvənd gətiriləcək

Azərbaycana uşaqları 6 xəstəlikdən qoruyan 25 milyon manatlıq peyvənd gətiriləcək






presstv

"Presstv"az #Azərbaycan, #Körpə, #Səhiyyə Nazirliyi, #Yoluxucu xəstəlik

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2023-2027-ci illər üzrə uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikası ilə bağlı Azərbaycana “Hexa vaccine” (6 valentli) vaksini gətiriləcək.

presstvaz İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyi hazırlıqlara başlayıb.

Nazirliyin tabeliyindəki Səhiyyənin Təminat Mərkəzi 310 000 ədəd 6 komponentli (GDT acellular, “hib/ipv” vaksini, hepatit B) heksovaksin (heksaksim) sifariş edir.

Mərkəz vaksinlərin satın alınmasına 25.2 milyon manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.

Xatırladaq ki, heksaksim uşaqları 6 xəstəlikdən qoruyan kombinə olunmuş peyvənddir. 3 doza şəklində 2, 4 və 6-cı aylarda tətbiq olunur. Daha sonra, 18-ci ayda revaksinasiyada da istifadə olunur.

Bu peyvənd uşaqları difteriya, göyöskürək, tetanus, hepatit B, poliomielit, “haemophilus influenzae” xəstəliklərindən qoruyur. Bu xəstəliklər xüsusən körpə uşaqlarda ağır gedişə malik olduqları üçün zamanında heksaksim peyvəndinin olunması önəmlidir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv