Yerdəki ən qəribə canlılar: Öz başlarını kəsirlər, işıqla qidalanırlar

Yerdəki ən qəribə canlılar: Öz başlarını kəsirlər, işıqla qidalanırlar






presstv

"Presstv"az #Filippin, #Günəş, #İndoneziya, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Tədqiqatçılar başını bədənindən ayıran və yeni bədən yetişdirə bilən, eyni zamanda okeanın ən maraqlı canlılarından sayılan dəniz ilbizləri barədə məlumat veriblər. Onların digər diqqətçəkən xüsusiyyəti isə günəş işığı ilə qidalanmalarıdır.

presstvaz bildirir ki, bu barədə “Science Focus” nəşri xəbər yayıb.

Qeyd edilib ki, “Costasiella kuroshimae” adlı dəniz ilbizləri maksimum 1 santimetrə qədər böyüyür və yosunlarla qidalanır.

Ən maraqlısı isə odur ki, yosunlardakı fotosintez edən xloroplastları udaraq onları bədənlərində saxlayır və bu orqanellər dəniz ilbizinin bədənində fotosintezi davam etdirərək ona enerji verir. Bu proses sayəsində onlar bir növ “Günəş işığı ilə qidalanmış” olurlar.

“Elysia marginata” adlı digər dəniz ilbizi isə daha da qəribə xüsusiyyətə malikdir: o başını bədənindən ayıraraq bir neçə saat ərzində tamamilə atır. Orijinal baş təkbaşına qalır və zamanla yeni bədən yetişdirir. Alimlər bu davranışın parazitlərdən xilas olmaq üçün inkişaf etmiş müdafiə üsulu ola biləcəyini düşünürlər.

Bu nadir canlılar İndoneziya, Yaponiya və Filippin sahillərində qeydə alınıb. Elm adamlarının fikrincə, bu orqanizmlərin öyrənilməsi təbiətdəki adaptasiya mexanizmlərinin və enerji istifadəsinin daha dərindən başa düşülməsinə imkan verir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv