MEDİA-nın icraçı direktoru: “Azərbaycan gələcək strategiyaların müzakirə edildiyi məkana çevrilib”

MEDİA-nın icraçı direktoru: “Azərbaycan gələcək strategiyaların müzakirə edildiyi məkana çevrilib”






presstv

"Presstv"az #Azərbaycan, #Hadisə, #İlham Əliyev, #Jurnalistlər, #Süni intellekt, #Şuşa, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycan yalnız öz media ekosistemi üçün deyil, qlobal informasiya məkanı üçün trend təşkil edən mövzuların, gələcək strategiyaların müzakirə edildiyi məkana çevrilib. Söhbət dünya jurnalistlərinin müzakirə və birgə hərəkət platforması kimi formalaşmış Şuşa Qlobal Media Forumlarından gedir”.

presstvaz xəbər verir ki, bunu APA-ya müsahibəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib.

O qeyd edib ki, ilk dəfə 2023-cü ildə “4-cü Sənaye İnqilabı dövründə yeni media” devizi altında keçirilmiş forumda ənənəvi medianın rolu və bundan sonrakı fəaliyyət istiqamətləri üzrə dərin müzakirələr aparılıb:

“Ötən il baş tutmuş ikinci forum isə yalnız media deyil, ictimai-siyasi və informasiya təhlükəsizliyi baxımından aktuallıq kəsb edən mövzuya – “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə”yə həsr olunmuşdu. Forumda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, media ekspertləri çağdaş dünyada dezinformasiya barədə əhatəli təsəvvürün formalaşdırılması, onun səbəb olduğu genişmiqyaslı neqativ nəticələrin təhlili, həmçinin dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər, media savadlılığı, süni intellektin reallığa təsiri və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparmışdılar”.

“Forumlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsən iştirak etməsi, media nümayəndələrinin çoxsaylı suallarını cavablandırması dövlətimizin haqq səsinin dünyaya çatdırılması baxımından əlamətdar hadisə olmaqla yanaşı, eyni zamanda, başlıca vəzifəsi cəmiyyəti obyektiv və qərəzsiz informasiya ilə təmin etmək olan mediaya diqqət və qayğının müstəsna təzahürüdür. Yeri gəlmişkən, dövlət başçısı birinci forumda çıxışı zamanı bildirdi ki, bu gün bütün iftiralara, böhtanlara, yalanlara baxmayaraq, Azərbaycanın sözü, Azərbaycan xalqının, dövlətinin haqlı səsi eşidilir və bunun əsas aləti bizim media resurslarımızdır.

Əminliklə deyə bilərik ki, Azərbaycan mediasının beynəlxalq aləmdə nüfuzu daha da möhkəmlənir, media resurslarımızda dərc olunan materiallar ümumi informasiya axınının formalaşmasında yer tutmaqla yanaşı, beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə düşür, müxtəlif müstəvilərdə müzakirə predmetinə çevrilir, ictimai fikrin formalaşmasına təsir göstərir. Düşünürük ki, mediamız öz peşəkar fəaliyyətini bundan sonra da layiqincə və ən yüksək səviyyədə həyata keçirməyə davam edəcəkdir”, – Ə.İsmayılov əlavə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv