Demokratlar Trampa qarşı istintaqa başlamaq istəyirlər

Demokratlar Trampa qarşı istintaqa başlamaq istəyirlər






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Ailə, #Araşdırma, #Donald Tramp, #Hərbi Hava Qüvvələri, #Qətər, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Demokratlar Partiyası 2026-cı ildə keçiriləcək aralıq seçkidən sonra ABŞ Konqresinin palatalarından birində səs çoxluğu əldə edə bilsə, demokratlar prezident Donald Tramp və ailəsi ilə bağlı araşdırma aparacaqlar.

presstvaz “Breitbart” portalına istinadən xəbər verir ki, bunu Konqresin üzvü Jasmin Krokett deyib.

Krokett bildirib ki, demokratlar Trampın Qətərin kral ailəsindən “Boeing 747” təyyarəsi kimi bahalı hədiyyəni qəbul edərək, qanunu pozub-pozmadığını araşdırırlar. O əlavə edib ki, hazırda ABŞ administrasiyası tərəfindən bağlanan bütün iş sövdələşmələri ilə bağlı araşdırma aparılacaq.

Xatırladaq ki, mayın 14-də Tramp “Boeing 747″nin ABŞ Hərbi Hava Qüvvələrinə veriləcəyini açıqlamışdı. O vurğulayıb ki, təyyarə şəxsən ona hədiyyə verilməyib və hökumət tərəfindən müvəqqəti “Air Force One” – ABŞ Hərbi Hava Qüvvələrinə məxsus prezidenti daşıyan təyyarə kimi istifadə olunacaq. Ağ Evin rəhbərinin sözlərinə görə, yalnız axmaq belə hədiyyəni qəbul etməz.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv